QLOBAL İSTİLƏŞMƏ QUŞLARIN YOXA ÇIXMAQ TƏHLÜKƏSİNİ YARADIR
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Dünya Vəhşi Təbiət Fondu ekspertlər qrupunun iqlim dəyişmələri barədə bəyanatı yaymışdır. Sənəddə deyilir ki, iqlimin dəyişməsi müxtəlif quşların 72 faizə qədərinin yoxa çıxması ilə nəticələnə bilər. Quşlar hava şəraitinin dəyişilməsinə çox həssasdır və qlobal istiləşmə artıq köçəri quşlardan tutmuş pinqvinlərədək bir çox növlərə təsirini göstərmişdir.
Fondun hesabatında deyilir ki, iqlim dəyişmələri quşların miqrasiyasına təsir göstərmiş, bir çox növlər mövsümlərin əvəzlənməsi ilə əlaqədar məskənini ümumiyyətlə dəyişməməyə başlamışdır.
Ekoloqlar bildirirlər ki, quşların yoxa çıxmasının qarşısını buxar effekti yaradan qazları atmosferə buraxmağın xeyli azaldılması ala bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]