“QLOBALLAŞAN DÜNYADA GƏNCLƏRİN İŞTİRAKI” MÖVZUSUNDA DƏYİRMİ MASA TƏŞKİL OLUNMUŞDUR
Tədbirdə YAP icraçı katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı, YAP Gənclər Birliyi sədrinin müavini Zaur Adıgözəlov, Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin sədri Vüqar Əhmədov və tanınmış modelyer Fəxriyyə Xələfova çıxış edərək, xalqımızın ümummilli lideri Heydər Əliyevin ölkəmizin qloballaşan dünyaya sürətlə inteqrasiyası istiqamətində müəyyən etdiyi konseptual prinsiplərin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulamışlar.
Bildirilmişdir ki, qloballaşan dünyada Azərbaycanın özünəməxsus yer tutmasını şərtləndirən əsas amillərdən biri demokratikləşmə və iqtisadiyyatın dinamik inkişafıdır. Bu baxımdan Azərbaycan gənclərinin beynəlxalq proqramlarda, tədbirlərdə iştirakı, təşkilat halında beynəlxalq qurumlarla əməkdaşlığı onların dünyanı dərk etməsinə, gedən prosesləri dərindən qavramasına kömək edir. Dəyirmi masa iştirakçıları gənclərin qloballaşma prosesində öz sözünü deməsi, Azərbaycanın maraqlarının önə çəkilməsi və ölkə həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində fəal olmalarının vacibliyini diqqətə çatdırmışlar.
Tədbirdə bir çox gənclər təşkilatlarının nümayəndələri mövzu ilə bağlı fikir və mülahizələrini bildirmişlər.