QORAN LENMARKERİN HAZIRLAYACAĞI MƏRUZƏDƏ OBYEKTİV GERÇƏKLİK ƏKS OLUNACAQ
Milli Məclis sədrinin müavini ATƏT-in Vyanada keçirilən qış sessiyasındakı görüşlərini xatırlatmış və bu cür səfərlərin ikitərəfli əlaqələrin inkişafında, eləcə də Dağlıq Qarabağ münaqişəsinin həllində əhəmiyyətini vurğulamışdır. O demişdir ki, Azərbaycan vətəndaşları münaqişənin həllində ATƏT-in rolunu artıracağına ümid edir və cənab Lenmarkerin hazırlayacağı məruzədə obyektiv gerçəkliyin əks olunacağına inanır. B.Muradova Avropa Şurasının, Avropa İttifaqının və NATO PA-nın münaqişənin həlli ilə bağlı atdıqları addımları yüksək qiymətləndirmiş və bunun uğurlu nəticələr verəcəyinə ümid etdiyini söyləmişdir.
Milli Məclis sədrinin müavini Azərbaycanda həyata keçirilən demokratik islahatlar, Dağlıq Qarabağ münaqişəsinin həlli, beynəlxalq terrorizmə qarşı mübarizədə Azərbaycanın mövqeyi barədə də ətraflı məlumat vermişdir.
Bakıya növbəti səfərindən məmnunluğunu söyləyən Qoran Lenmarker demişdir ki, Azərbaycanın dinamik inkişafı digər məsələlərdə, eləcə də regional münaqişələrin həllində mühüm rol oynaya bilər. AŞ-nin, Aİ-nin və NATO PA-nın Dağlıq Qarabağ münaqişəsinin həllinə diqqəti artırmalarını yüksək qiymətləndirən qonaq bunun müsbət nəticə verəcəyinə inamını ifadə etmişdir. O, hazırlayacağı məruzədə münaqişə ilə bağlı obyektiv gerçəkliyin əks olunacağını bildirmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilmişdir.