“QU GÖLÜ” TAMAŞASINDA RUSİYANIN BALETULDUZU SVETLANA ZAXAROVA ÇIXIŞ EDƏCƏKDİR
Teatrdan AZƏRTAC-a verilən məlumata görə, öz səhnəsində dünya şöhrətli vokal və balet sənəti ulduzlarının çıxışını təşkil edən teatr rəhbərliyi bu dəfə baletsevərlərə “Qu gölü” tamaşasını təqdim etməyə hazırlaşır. Balet həvəskarları tamaşada Rusiya Akademik Böyük Teatrının balerinası, Rusiyanın əməkdar artisti, balet artistlərinin dörd beynəlxalq müsabiqəsinin qızıl medalına layiq görülmüş, üç dəfə “Qızıl maska” milli teatr mükafatının laureatı, “Benua de lya dans” beynəlxalq balet Oskarı və İtaliyanın 2003-cü il beynəlxalq “Etualı” ali mükafatının sahibi Svetlana Zaxarovanın çıxışını seyr edə biləcəklər.
Dünya baletinin ən parlaq ulduzlarından biri olan Svetlana Zaxarovanın qazandığı uğurları yalnız Qalina Ulanova, Maya Plisetskaya kimi balet nəhənglərinin nailiyyətləri ilə müqayisə etmək olar. Əlbəttə, belə məşhur balet ulduzunun Bakıya gəlişi paytaxtımızın mədəni həyatında son dərəcə əhəmiyyətli hadisədir. Bu möhtəşəm layihənin gerçəkləşməsində teatra Azərbaycan Beynəlxalq Bankının tərkibində fəaliyyət göstərən Beynəlxalq Sığorta Şirkəti yardım göstərəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [15:42]
“Öz yazarını seç” – onlayn səsverməyə start verilir
- 17.10.2026 [10:40]
Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb
- 17.10.2026 [02:51]
Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]