DÜNYA
QUAD ölkələri BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin sayını artırmağa çağırıblar
Tokio, 24 sentyabr, AZƏRTAC
Təhlükəsizlik üzrə dördtərəfli dialoq (QUAD) qrupuna daxil olan Yaponiya, ABŞ, Avstraliya və Hindistanın xarici işlər nazirləri status-kvonun güc yolu ilə birtərəfli qaydada dəyişdirilməsinə qarşı birlikdə addım atacaqlarını bir daha bəyan ediblər.
AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, bu barədə nazirlərin Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində keçirilən görüşündə qəbul edilən birgə bəyanatında bildirilib. Nazirlərin, həmçinin BMT-də islahatların aparılması ilə bağlı birgə fəaliyyət barədə razılığa gəldikləri də qeyd edilir.
Bildirilir ki, nazirlər BMT-də aparılacaq islahatlar zamanı Təhlükəsizlik Şurasının daimi və qeyri-daimi üzvlərinin sayının artırılmasının zəruriliyini də vurğulayıblar.
Yaponiyanın xarici işlər nazirinin ABŞ, Avstraliya və Hindistandan olan həmkarları ilə azad və açıq Hind-Sakit okean regionunun formalaşması istiqamətində birgə fəaliyyəti davam etdirmək üçün fikir mübadiləsi apardığı da vurğulanıb.
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio