Qubada bir gündə mindən çox həmişəyaşıl ağac əkilib
Xaçmaz, 10 may, Elxan Yusifli, AZƏRTAC
Qubada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş ağacəkmə aksiyasında 1000-dən çox ağac əkilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonda 7 inzibati ərazi dairəsi üzrə ayrılmış ərazilərdə həmişəyaşıl ağaclarının tingləri əkilib.
Ağacəkmə kampaniyasında Quba rayon rəhbərliyi, idarə, təşkilat və müəssisələrin əməkdaşları və könüllü gənclər fəal iştirak ediblər.