Qurban Qurbanov: Futbolçularım ruhdan düşməyib, “Bayer”ə qarşı çox dinamik oynamalıyıq
Bakı, 8 noyabr, AZƏRTAC
“Çox ciddi komandaya qarşı oynayacağıq. İlk matçdakı böyük hesablı məğlubiyyətə baxmayaraq, futbolçularım ruhdan düşməyib. “Bayer”ə qarşı çox dinamik oynamalıyıq”.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının qrup mərhələsində Bakıda Almaniya “Bayer”inə qarşı keçirəcəkləri IV tur oyunundan öncə mətbuat konfransında deyib.
51 yaşlı mütəxəssis rəqibin çox yaxşı oyun fəlsəfəsi və yaxşı oyunçuları olduğunu bildirib: "Qonaq komanda ilə yaxından tanış olduq. Yaxşı mübarizə aparmağa çalışacağıq. Futbolçularımızın bunu bacaracağına şübhə etmirəm".
Q.Qurbanov “Bayer”in baş məşqçisi Xabi Alonsonun Bakıda mətbuat konfransı keçirməməsinə də münasibət bildirib: “Bu cür hallar bizdə də olub. Adətən yol uzaq olanda bu cür qərarlar qəbul edilir. “Bayer” bütün rəqiblərinə hörmətlə yanaşır. Hansısa hörmətsizlikdən söhbət gedə bilməz”.
Baş məşqçi hər matçda öz oyunlarını göstərməyə çalışdıqlarını söyləyib: “İstənilən qarşılaşmadan sonra dəyişikliklər olur. Bu dəfə də istisna olmayacaq. Müəyyən dəyişikliklərə əl atacağıq. Ümid edirəm ki, faydası olacaq”.
Mütəxəssis bütün oyunlara eyni ciddiliklə hazırlaşdıqlarını vurğulayıb: “Hər zaman optimal formada olmağa çalışırıq. “Bayer”lə yanaşı, digər üç komandanın da qrupdan çıxmaq şansı var. Maksimum nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.
Q.Qurbanov komandada ümumi durumun qaydasında olduğunu əlavə edib: “Sadəcə, bəzi futbolçular tam hazır deyil”.
Qeyd edək ki, noyabrın 9-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [13:54]
Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaq
- 15.06.2026 [13:14]
Azərbaycan avarçəkəni Portuqaliyada ikinci qızıl medalını qazanıb
- 15.06.2026 [13:09]
"Sabah"ın yeni idman direktorunun adı məlum olub
- 15.06.2026 [13:01]
İspaniya millisi dünya çempionatında mübarizəyə başlayır
- 15.06.2026 [02:26]
Dünya çempionatı: Niderland və Yaponiya milliləri heç-heçə ediblər
- 14.06.2026 [23:21]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:02]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [21:40]
Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [23:02]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:29]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək
- 14.06.2026 [22:25]
Putin və Tramp arasında telefon danışığı olub
- 14.06.2026 [22:05]
Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib
- 14.06.2026 [22:02]
Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb
- 14.06.2026 [21:52]
Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib
- 14.06.2026 [21:40]
Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ
- 14.06.2026 [21:23]
Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib
- 14.06.2026 [20:55]
Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub
- 14.06.2026 [20:46]
Avropa Kuboku: Azərbaycan basketbol millisi final mərhələsinə vəsiqə qazanıb
- 14.06.2026 [20:43]
Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir
- 14.06.2026 [20:32]