Qurumuş ağacların yerinə yeniləri əkilib
Bakı, 10 iyul, AZƏRTAC
Paytaxtın Nəsimi rayonunda yerləşən 35 nömrəli məktəbin həyətində ağacların quruması ilə bağlı daxil olan şikayəti Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları araşdırıblar.
Xidmətin rəsmisi Bəhruz Məhəmmədov AZƏRTAC-a bildirib ki, həmin əraziyə keçirilən baxış zamanı fakt təsdiqini tapıb və məktəbin həyətindəki ağacların bioloji inkişafdan qaldığı məlum olub: “Xidmətin əməkdaşlarının nəzarəti altında rayon Yaşıllaşdırma Təsərrüfatı Birliyinin işçiləri qurumuş ağacların yerinə yenilərini əkib və suvarma sistemi təşkil edilib. Ağaclara mütəmadi aqrotexniki qulluq göstərilməsi məqsədilə məktəbin rəhbərliyinə məcburi göstəriş verilib”.