Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qusar rayonu - ekoturizmin cığırları ilə

Bakı, 12 iyul, AZƏRTAC

Azərbaycan ekoloji turizmi inkişaf etdirmək üçün ideal məkandır. Bu danılmaz həqiqəti təsdiq etmək üçün Qusar rayonu üzrə ekotur keçirilib. Bakının turizm şirkətlərinin nümayəndələri populyar marşrutları müstəqil qət edərək, dünyanın ən məşhur istirahət növlərindən birinin incəliklərinə bələd olublar.

Şahdağ landşaftları, Çiləgir kəndinin meşələrlə örtülmüş təpələri, Laza və Kuzun kəndlərinin gur şəlalələri, seqvey, bobkart və ziplaynla gəzintilər və yerli sakinlərin qonaqpərvərliyi - bütün bunlar fəal istirahət həvəskarlarına Qusar rayonunun bəxş etdiyi imkanların çox az qismidir.

Təbiəti qoruyaq, yaxud ekoturistin qarderobu

İyulun 7-8-də keçirilən ekotur Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Turizm Assosiasiyasının (AzTA) təşəbbüsü və dəstəyi ilə “Turizm.az” şirkəti tərəfindən təşkil edilmişdi. Səfərdə paytaxtdakı turizm agentliklərinin təqribən 30 nümayəndəsi iştirak edirdi.

Ekoloji, yaxud yaşıl turizm və onun kənd turizmi növü dünyada ən mühüm və lazımlı istirahət istiqamətlərindən biri sayılır. Azərbaycan Turizm Assosiasiyasının səyyar turizm komitəsinin rəhbəri Murad Kərəmovun fikrincə, ekoturizmin belə populyar olmasının çoxsaylı səbəbləri var. Əvvələn, bu, ətraf mühitin və ekoloji tarazlığın qorunub saxlanılmasını təbliğ edən yeganə turizm istiqamətidir. Axı ekoturizm insanların yetərincə gəliş-gedişli olmayan təbiət ərazilərinə yollanaraq, yerli əhalinin ənənəvi həyat tərzi ilə tanış olmalarına yönələn davamlı turizm formasıdır. Deməli, yaşıl turizmin inkişafının əsas mənbəyi təbiətdir. Ətraf mühitə qayğıkeş münasibət və ona minimum təsir göstərmək ekoloji turizmin əsas prinsipləridir. Özü də bütün tərəflər - həm dövlət, həm cəmiyyət, həm də turistlər bu prinsiplərə əməl olunmasında maraqlıdırlar.

Murad Kərəmov deyib: “Ölkəyə gələn turistlər dövlətə gəlir gətirir. Yerli otel, restoran və digər turizm obyektləri genişlənməkdə olan turist axınından qazanc əldə edirlər. Başlıcası budur ki, ekoturizm prosesinə yerli əhali cəlb olunub. Səyyahlar çox vaxt onların evlərində qalmağa üstünlük verirlər. Buna görə də insanlar onları əhatə edən resurslara qayğı ilə yanaşırlar. Yerlilərlə gəlmələrin belə sıx ünsiyyətdə olması sayəsində Azərbaycan mədəniyyətinin bütün dünyada təbliğinə geniş imkanlar açılır. Turistlər ekotur marşrutlarının keçdiyi kənd və qəsəbələrin əhalisi ilə ünsiyyət əsnasında onların həyat tərzi, xalq yaradıcılığı elementləri ilə tanış olur, həmin yerlərin mətbəxinin ləziz təamlarının dadına baxır və hətta dil öyrənirlər”.

Ekoturumuzun iştirakçıları bu səfər çərçivəsində ekoturizmin ölkəmiz və dünya üçün qlobal faydası ilə yanaşı, onun praktiki xüsusiyyətləri ilə tanış oldular. Məsələn, ekoturist üçün düzgün geyim seçiminin incəliklərini. Təşkilatçılar hər belə turdan əvvəl iştirakçılara münasib geyim forması barədə məlumat verirlər. Bu tövsiyələrə mütləq əməl olunmalıdır. Bu məsləhətlərin əhəmiyyətinə şəxsi təcrübəmizdə əmin olduq. Geyim nəm keçirməyən və küləkdən qoruyan xüsusi sintetik parçalardan olmalıdır, çünki pambıq və yun paltarlar tez islanır və uzun müddət qurumur. Qoy şəhərin isti və quru havası sizi yanıltmasın. Dağlıq yerlərdə hava yay aylarında da sərin və dumanlı olur. Çiskin yağışda və otların şehində tez islanırsınız. Odur ki, ekotur üçün qarderob seçiminə ciddi yanaşmalısınız. “The North Face”, “Columbia Sportswear”, “Adidas” kimi adlı-sanlı istehsalçıların geyimləri və termodəyişəyi bahalıdır. Amma çıxış yolu var. Peşəkarlar Bakıda çoxsaylı “sekond-hand” mağazalarına baş çəkməyi tövsiyə edirlər. Məşhur brendlərin innovativ qoruyucu geyimlərini həmin mağazalarda münasib qiymətə almaq olar. Əgər siz əsl ekoturist deyilsinizsə və təbiətin qoynunda hərdənbir dincəlirsinizsə, bu, sizin üçün əla variantdır.

Şahdağ yayda

Qusar rayonu ekoturizmin inkişafı üçün təsadüfən nümunə seçilməyib. Diyar landşaftlarının müxtəlifliyi, zəngin flora və faunası, yerli mədəniyyətin özünəməxsusluğu, sakinlərin mehribanlığı ekoloji turizmlə maraqlanan hər kəsi cəlb edir. Ölkəmizdə və onun hüdudlarından kənarda məşhur olan “Şahdağ” turizm kompleksi də Qusarda yerləşir. Qış mövsümündə bu populyar dağ-xizək kurortuna xizəklə və snoubordla sürüşməyi, dağ mənzərələrinin əhatəsində istirahət etməyi sevən minlərlə turist gəlir. Bəs yamaclardakı qarların yaşıllıqlarla əvəzləndiyi yay mövsümündə kompleksdə həyat necə davam edir? Bu məsələ səfərdə iştirak edən hər kəsi maraqlandırırdı. Sizi inandırım ki, turumuzun lap əvvəlində baş çəkdiyimiz “Şahdağ” kompleksi yayda da turistlərə qışdakı qədər, bəlkə də daha çox əyləncə təklif edir!

Baharın gəlişi ilə Şahdağ bambaşqa olur. Dağlar yamyaşıl otlardan və al-əlvan çiçəklərdən toxunmuş xalıya bürünür, çayların şırıltısı, quşların cəh-cəhi ətrafa yayılır. Təbiətin qoynunda adama rahatlıq gətirən bu xoş səslərin əhatəsində olmağın özü şəhər həyatının yeknəsəkliyindən bezmiş insana inanılmaz enerji verir. “Şahdağ” kompleksi fəal istirahəti sevənlərə at belində, dağ velosipedləri, kvadrosikllər, trotinetkalar, seqveylər, bobkartlar və ziplaynla gəzintilər təklif edir. Sonuncu üç attraksionu özünüz də sınaqdan keçirdik.

Elektriklə işləyən ikitəkərli nəqliyyat vasitəsi olan seqveyi çoxları tanıyır, amma bobkart barədə ətraflı danışmaq lazımdır. Bu, bir növ motorsuz yürüş bolidini xatırladan dördtəkərli kirşədir. Bobkart sürmək istəyənləri əvvəlcə qoruyucu forma - kombinezon və dəbilqə ilə təchiz edir, qaldırıcı mexanizmlərlə təpələrdən birinin zirvəsinə qaldırırlar. Yürüş burada xüsusi trekdə keçirilir. Bolidi idarə etmək çətin deyil. Sükanı sıxırsınız, kart sürət götürür, sükanı özünüzə tərəf çəkirsiniz, dayanır. Trekdə cəmi iki-üç adam varsa, ötüşmək olar. Amma iştirakçıların sayı çoxdursa, hamı bir-birinin ardınca gedir. Ancaq hətta belə olan halda da siz bobkartın dağ yamaclarında götürdüyü sürətdən böyük həzz alırsınız.

Digər maraqlı attraksion ziplayndır. Bu attraksion yerdən çox yüksəkdə tarım çəkilmiş polad kanatla enməni nəzərdə tutur. Sizə sığortalayıcı ləvazimat geyindirir və təlimatçının nəzarəti altında qarmaqla kanatdan sallayırlar. Eniş yerdən 45 metr hündürlükdə saatda 20-25 kilometr sürətlə keçir. Belə gəzinti zamanı kompleksə və ətrafdakı təpələrə valehedici mənzərə açılır. Doğrudur, fotoaparatlardan və telefonlardan istifadə etməyə icazə verilmir. Yalnız kameranı dəbilqənizə bərkidə bilərsiniz.

Fəal istirahətdən yorulmuş səyyahlar “Şahdağ” kompleksinin dəbdəbəli otellərindən birində nömrə götürə bilərlər. Biz isə gecələmək üçün “Xutorok” deyilən yeni istirahət zonasına yollandıq. Bu zonanın konsepsiyası ekoloji turizminin prinsiplərinə tam uyğundur.

Ləzgi qonaqpərvərliyi və ekoturizmin paradoksu

“Xutorok” turbazası Qusar şəhəri yaxınlığındakı səfalı Çiləgir kəndində yamyaşıl təpələrin əhatəsində yerləşir. Kompleksin yaşıllığa qərq olmuş ərazisində çoxlu meyvə ağacları var. Ətraf gül-çiçək içindədir. Haradansa çayların şırıltısı eşidilir. Havadan odun samovarı çayının məstedici ətri gəlir.

“Xutorok” turumuzun iştirakçılarını xalq mahnı və rəqsləri ilə qarşılayır. Qusar rayonu əhalisinin 90 faizindən çoxu ləzgidir. Təəccüblü deyildir ki, hər tərəfdə məşhur “Ləzginka” rəqsinin sədaları eşidilir. Qusarda “Ləzginka” folklor ansamblı fəaliyyət göstərir. Bu oynaq və coşqun rəqsi də bizə bu ansamblın üzvləri təqdim etdilər. Onlar xalq gəzintiləri və bayram günlərində şəhərin mərkəzi meydanında tez-tez çıxış edirlər. Sonra improvizasiya olunmuş səhnəyə qadınlardan ibarət xor kollektivi çıxır. Onlar “Pərizadə” ləzgi xalq mahnısını ifa edirlər.

Hansı Qafqaz qonaqpərvərliyi süfrəsiz ötüşür? “Xutorok” əsasən Azərbaycan mətbəxinin yeməklərindən ibarət mətbəxi ilə şöhrət qazanıb. Burada dadlı kabab, basdırma, soyutma, cürbəcür plovlar, ləzgilərin məşhur “skan” piroqunu və “xranfu” çörəyini yemək olar. Yeyinti məhsullarının hamısı təbii və orqanikdir. Yerli yağ, qaymaq və pendir hamının elə xoşuna gəldi ki, evimizə aparmaq üçün də aldıq.

Ertəsi gün bizi səfərimizin ən maraqlı hissəsi - Kuzun və Laza kəndlərinin dağ şəlalələrinə yürüş gözləyir. Marşrutun başlanğıc nöqtəsinə - Kuzun kəndinə avtobusla gəldik. Sonra münasib geyindik və özümüzlə su ehtiyatı götürərək dağa dırmaşmağa başladıq. Qeyd edək ki, Kuzun kəndi Qusarın 35 kilometrliyində, Şahdağın yaxınlığında dəniz səviyyəsindən 1280 metr yüksəklikdə yerləşir. Çəmənlik və meşələrlə örtülmüş zümrüd dağların əhatəsində yerləşən kənddən altı kilometr məsafədə başqa bir kənd - “Suvar” adlı turbazası və heyrətamiz şəlalələri ilə məşhur olan Laza kəndi yerləşir. Marşrutun ideyasına görə, biz Laza kəndinə getmək üçün bu altı kilometr məsafəni piyada qət etməli idik.

Təbii ki, bu yerlərdə qeyri-müəyyən dağ iqlimi hökm sürür. Bütün yol vur-tut üç saatdan çox çəkmir. Yolboyu enişlər yoxuşlarla əvəzlənir, sıx meşələr mal-qara otlayan talalarla növbələşir, gah daşların, gah da yaş otun üstündən keçib gedirik. İyul ayına baxmayaraq, yetərincə soyuqdur. 14 dərəcə isti var. Bu yerlərin iqliminə uyğun geyinməyənlər tez islanırlar. Külək yoxdur. Buna görə də havanın soyuq olmasına baxmayaraq rahat gedirik, səfalı dağ havası bizə güc verir.

Ekoturizm o baxımdan yaxşıdır ki, o, nə idman, nə də yarışdır. Yəni sizi heç kəs tələsdirmir və gücünüz çatmayan heç nə tələb olunmur. Yolda dayanıb dincəlmək, nəfəsinizi dərmək imkanı var. Hətta şeylərinizi aparmağa kömək də edirlər. Geri qayıtmaq istəsəniz isə təlimatçı sizi avtobusa qədər müşayiət edir. Ekoloji turizmə hər yaşda insanlar qoşula bilərlər. Komandamızın ən yaşlı iştirakçısı təqribən 60 yaşındadır, ən kiçiyinin isə 20 yaşı tamam olmayıb. Bu kişi və qadınları doğma diyara məhəbbət, onun təbiəti ilə tanış olmaq istəyi birləşdirir.

Ətraf duman içində olduğu üçün həmin gün Laza kəndinə piyada gedib çata bilmədik və təcrübəli bələdçilərin məsləhəti ilə avtobusa qayıtdıq. Avtobus bizi birbaşa şəlalələrin ətəyinə gətirdi. Ekoturistlərin istədikləri də məşhur Laza şəlalələrinə tamaşa etmək idi. Şəlalələrin suyunun sərin damcıları bizə ani təravət bəxş edir, yorğunluğumuzu unutdurur, göz gördükcə uzanan dağ mənzərələri isə ruhumuzu oxşayırdı.

Biz islanmış, donmuş, yorulmuş, amma ovqatımız yüksəlmiş halda avtobusa qayıtdıq. Ekoturizmin başlıca paradoksu da elə bundan ibarətdir: səyyahlar fiziki yorğunluğa baxmayaraq, özlərini dincəlmiş və çox gümrah hiss edirlər. Sonrakı günlərdə bu gümrahlıq, dağı dağ üstünə qoymaq istəyi hələ uzun müddət onları müşayiət edir, özləri kimi ekoturizm həvəskarları ilə birlikdə növbəti dəfə təbiətin qoynuna çıxmaq fürsətini gözləyirlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Naxçıvan Muxtar Respublikasının 7 yaşayış məntəqəsində minifutbol meydançaları yaradılacaq

“Əmək sahəsində” standartlaşdırma üzrə Texniki Komitədə daha 20 standart layihəyə baxılıb

® “AzInTelecom” “ICTWEEK Uzbekistan 2026”da rəqəmsal həllərini təqdim edib

Azərbaycan enerji və logistika imkanlarını birləşdirən sabit iqtisadi məkandır - ŞƏRH

Tufan Erhürman: Kipr probleminin həlli üçün “nəticəyə yönəlmiş danışıqlara” hazırıq

Azərbaycan idmançıları hapkido üzrə dünya birinciliyi və çempionatında 13 medal qazanıblar

Postmüharibə dövründə şəhid ailəsi üzvü və müharibə iştirakçısı olan 30 min 700 şəxsin məşğulluğuna dəstək göstərilib

Avropanın təhlükəsizliyi gücləndirilir: Aİ beş hərbi layihəni təsdiqləyib

Azərbaycanın dağ-mədən və metallurgiya sənayesinin inkişafı qeyri-neft iqtisadiyyatına yeni imkanlar açır - ŞƏRH

Krakov şəhərində soydaşlarımıza səyyar konsulluq xidməti göstərilib

Biləsuvarda pambıq yığımına start verilib

® “Bakcell” İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

Alban xristian irsinin tanıtımında vətəndaş sektorunun rolu

Azərbaycan ən uğurlu inkişaf modelini seçib ŞƏRH

Rusiya ordusunun Dneprdəki biznes mərkəzinə hücumu zamanı 3 nəfər ölüb

Firdovsiyyə Əhmədova: Kilsə arxivlərinin Ermənistana verilməsi tarixi həqiqətlərin təhrifinə şərait yaradıb

Peskov: Ukrayna ilə bağlı danışıqların bərpası qərarı Rusiyanın maraqlarına əsaslanaraq veriləcək

Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət

İraq ABŞ qüvvələrinin Bağdaddakı əsas qərargahını təhvil alıb

Tarixçi-alim: Ermənilərin bu bölgələrə köçürülməsindən sonra Qafqaz Albaniyasının tarixi saxtalaşdırılıb

Çinli turist: Azərbaycanın palçıq vulkanlarını canlı görmək tamam fərqli və həyəcanvericidir

Qazaxıstanlı tədqiqatçılar MEK-in fondu ilə tanış olublar

Sarayevoda 27 Sentyabr - Anım Günü qeyd olunub

Ağsuda dağlıq ərazidə yanğın baş verib VİDEO

Ağsuda dağlıq ərazidə yanğın baş verib VİDEO

Xəlvətiyyədən Gülşəniyyəyə: Seyid Yəhya Bakuvi irsinin davamı

Politoloq: Ermənilər xristianlıq amilindən istifadə etməklə saxta tarixlərini əsaslandırmağa çalışırlar

Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ

Şimali Kipr sahillərində batan gəmidə itkin düşmüş şəxslərin axtarışı zamanı iki cəsəd tapılıb

“Fənərbağça”nın yoldaşlıq oyunu üçün Azərbaycana gəliş tarixi məlum olub

Gənclər və İdman Nazirliyi ilə İƏT arasında əməkdaşlıq müzakirə edilib

Ali təhsil və tədqiqat müəssisələrinin nümayəndələrinə SosialLab müsabiqəsinin şərtləri barədə məlumat verilib

Çin və ABŞ 60 milyard dollarlıq sövdələşmə barədə razılığa gəlib

Şəhid anası: Ən böyük əsərim oğlum Emil oldu

FAO və Xəzər Universiteti quduzluğun qarşısının alınmasında birgə səyləri gücləndirməyə çağırır

“Mançester Siti”nin maliyyə qaydalarının pozulması ilə bağlı işi illərlə davam edə bilər

Çin XİN: BMT-nin yeni Baş katibi səriştəli, qərəzsiz və dürüst olmalıdır

Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib

“Birinci Türkoloji Qurultay 100: tarixə nəzər” – yeni nəşr

Seyid Yəhya Bakuvi irsi - əsrlərin yaddaşına həkk olunan irfan məktəbi

Messi cərimə zərbəsi qollarında yeni rekorda yaxınlaşır

Qripə qarşı peyvənd nə vaxt vurulmalıdır? – TƏBİB açıqlayır

Ukrayna ordusu Rusiyanın Krasnodar diyarında dörd neft bazasına zərbələr endirib

“Şərq memarlıq ənənələri və Əcəmi Naxçıvani” - elmi sessiya

“HÜRKUŞ-II” təlim təyyarələrinin ilk partiyası Türkiyə HHQ-ə təhvil verilib

Böyük Britaniya strateji hərbi layihələrdə xarici şirkətlərin iştirakını məhdudlaşdırır

Naxçıvan Muxtar Respublikasının təhsil naziri kollektivə təqdim olunub

“Turan” klubunun Çempionlar Liqasındakı ilk ev oyununun biletləri pulsuz olacaq

Azərbaycanın investisiya imkanları yeni mərhələdə - ŞƏRH

Sudan və Efiopiya üsyançı qüvvələri dəstəkləməkdə ittiham olunur

Kardioloq: Ürək-damar xəstəliklərinin qarşısının alınması üçün sağlam həyat tərzi və düzgün qidalanma vərdişləri vacibdir

AQTA-nın sədri sahibkarları dinləyəcək

® Yerli ekspertiza Azərbaycanın investisiya cəlbediciliyinin hərəkətverici qüvvəsi kimi

Türk İnvestisiya Fondu Almatı Beynəlxalq Hava Limanının modernləşdirilməsinə maliyyə vəsaiti ayırıb

Şahin Bağırov: Azərbaycanın NCTS-yə qoşulması istiqamətində işlər davam etdirilir VİDEO

Şahin Bağırov: Azərbaycanın NCTS-yə qoşulması istiqamətində işlər davam etdirilir VİDEO

Böyük Qayıdış: Xocavənddə yeni xəstəxana fəaliyyətə başlayıb

Göygöldə Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətlərinin üçtərəfli iclası olub VİDEO

Göygöldə Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətlərinin üçtərəfli iclası olub VİDEO

Vətən müharibəsi şəhidləri Tallində yad edilib

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

® Qızıl payız fürsəti lombard kreditində aylıq cəmi 1 faizdən başlayır

Qazaxıstan nümayəndə heyəti Azərbaycan Mərkəzi Bankında olub

Azərbaycanı Dünya Kubokunda təmsil edəcək üzgüçülər bəlli olub

Bu ilin ilk 8 ayında Palçıq Vulkanları Turizm Kompleksində 150 ölkədən 26 mindən çox turist olub

Avrokomissar üzv ölkələri enerji istehlakını azaltmağa çağırıb

Ağstafada 34 yaşlı kişi qətlə yetirilib VİDEO

Ağstafada 34 yaşlı kişi qətlə yetirilib VİDEO

Yanvar-avqust aylarında 32 min 440 uşağa reabilitasiya xidmətləri göstərilib

Bakının bir neçə küçəsində həftəsonları avtomobillərin hərəkətinə qoyulan qadağa bütün günləri əhatə edəcək VİDEO

Bakının bir neçə küçəsində həftəsonları avtomobillərin hərəkətinə qoyulan qadağa bütün günləri əhatə edəcək VİDEO

Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır

Qazaxıstan millisinin sabiq məşqçisi “Sabah” klubunda təcrübə keçəcək

Hesabat: TDT ölkələrinin ticarət həcmi 1,27 trilyon dollara çatıb

İsrail Niderlandın Fələstindəki nümayəndələrinin diplomatik statusunu ləğv edib

Qarabağ və Şərqi Zəngəzurda məşğulluq imkanları genişlənəcək - ŞƏRH

Bir əsri geridə qoyan ömür: Azərbaycanın ən yaşlı sakini Rubeydə Gülməmmədovanın həyat yolu

Aralıq dənizində 2100 illik keramika məmulatları aşkarlanıb VİDEO

Aralıq dənizində 2100 illik keramika məmulatları aşkarlanıb VİDEO

Lalə Əliyeva: Nizami Gəncəvi mənəvi əbədilik qazanan elm, ürfan və poeziya günəşidir

Qazaxıstanda “Starlink Mobile” peyk mobil şəbəkəsi istifadəyə verilib

“Cahangirbəyli” stansiyasında indiyədək 45,6 milyon kilovat/saat enerji istehsal edilib

Türk ekspert: Avrasiyanın yolları Azərbaycanda kəsişir

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət edirlər

Azərbaycanın idman gimnastı Parisdə bürünc medal qazanıb

İnvestorlar nə üçün məhz Azərbaycanı seçirlər?

® “Unibank” və FMO əməkdaşlığı bərpa edir: 50 milyon dollar kredit sazişi imzalanıb

Ekspert: İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin böyük iqtisadi potensialını göstərdi

Baş prokuror: Veteranlarla əməkdaşlığı davam etdirəcəyik

Azərbaycan komandası kibertəhlükəsizlik üzrə beynəlxalq yarışda uğur qazanıb

Vətən dar gündə tanınar: 44 günün dövlətçilik və milli həmrəylik dərsləri - ŞƏRH

Arif Əsədov: Millimizin qrupda birinci olmaq üçün yaxşı şansı var

Finlandiya müdafiə naziri İsrail silahlarına üstünlük verdiyini bildirib

Lüksemburqda 27 Sentyabr - Anım Günü qeyd olunub

İşğalın ağır mirası: Azərbaycanın təbii sərvətləri necə talan edilib? - ŞƏRH

“İnter” Hakan Çalhanoğlunun maaşında endirim istəyir

Gürcüstan Asiya İnfrastruktur İnvestisiya Bankı ilə Orta Dəhlizlə bağlı 158,5 milyon avroluq müqavilə imzalayıb

Türkiyə ildə 50 ton qızıl hasil edə bilər

Gənc Tamaşaçılar Teatrında “İnanıram” tamaşası nümayiş olunub

Sentyabrda Yaxın Şərq ölkələrinin neft ixracı fevraldan bəri ən yüksək göstəriciyə çatıb

DİM-in sürücülük imtahanında 580-dən çox namizəd iştirak edəcək

“İki əsgər” Şuşa Dövlət Musiqili Dram Teatrında

Çin üç mühüm sahədə ABŞ ilə razılıq əldə etdiyini açıqlayıb

Kamran Əliyev: Ermənistan vətəndaşlarına ittiham elan olunması və onların məhkəmə işinin yekunlaşması tarixi işdir VİDEO

Kamran Əliyev: Ermənistan vətəndaşlarına ittiham elan olunması və onların məhkəmə işinin yekunlaşması tarixi işdir VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 28 sentyabr