Azərbaycanın turizm imkanları Çində beynəlxalq tədbir çərçivəsində tanıdılıb
Bakı, 4 iyun, AZƏRTAC
Azərbaycan Turizm Bürosu 10 yerli turizm sənayesi nümayəndəsi ilə birlikdə Çin Xalq Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Beynəlxalq Mübadilə və Əməkdaşlıq Bürosu və Ümumdünya Turizm Təşkilatları Alyansı tərəfindən təşkil olunan “Çin-Azərbaycan Turizm Dialoqu” tədbirində iştirak edib.
Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, tədbir çərçivəsində Çin turizm sənayesi ilə əməkdaşlığın daha da gücləndirilməsi, Azərbaycanın turizm məhsulları və unikal turizm imkanları barədə məlumatlılığın artırılması, eləcə də ölkəmizin Çin bazarında tanıtım fəaliyyətlərinin genişləndirilməsi məqsədilə Pekin şəhərində Azərbaycan Turizm Bürosunun rəsmi nümayəndəlik ofisinin açılışı da reallaşıb.
Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Çindən Azərbaycana səfər edənlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,5 faiz artaraq 14 min 303 nəfər təşkil edib.