Qusarlı fermerlər əkin sahələrindən yüksək məhsuldarlıq əldə ediblər
Qusar, 10 avqust, Elxan Yusifli, AZƏRTAC
Bu il qusarlı fermerlər əkin sahələrindən yüksək məhsuldarlıq əldə ediblər.
2021-ci ilin məhsulu üçün 15 min 153 hektar sahədə buğda, 7 min 925 hektar sahədə arpa, 7 hektar sahədə isə vələmir toxumu səpilmişdi. Rayonda 23 min 85 hektar sahədən 72 min 480 ton məhsul yığılıb. Ümumilikdə hər hektar üzrə məhsuldarlıq 31,4 sentner təşkil edir.
Qusar Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Rauf Minhacov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, taxıl sahələrində xəstəliklərə, ziyanvericilərə və alaq otlarına qarşı kimyəvi və aqrotexniki tədbirlər düzgün və vaxtında aparılıb, bitkilərin inkişaf fazasından asıllı olaraq yemləmə gübrələrdən istifadə olunub və məhsul istehsalçıları ilə maarifləndirmə söhbətləri aparılıb.
“Bu il biçinə yeni kombaynların cəlb olunması məhsulun sahələrdən vaxtında və itkisiz yığılmasını təmin edib. Ümumilikdə, rayon üzrə biçin kampaniyası 80-dən çox taxılbiçən kombaynın qüvvəsi ilə aparılıb. İndi dağlıq ərazilərdə də biçin prosesi asanlaşıb. Ölkəmizə gətirilən yeni nəsil dağ kombaynları Qusarın dağlıq və dağətəyi zonalarda biçin prosesini həyat keçirib”, - deyə o əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]
Bu il Balakənin fındıq bağlarından 6 min tondan çox məhsul gözlənilir
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]