QUŞÇULUQ MƏHSULLARININ NÖVBƏTİ SATIŞ-YARMARKALARI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, mayın 16-da Bakının “Təzə bazar” MMC, 6 nömrəli ticarət mərkəzi, Keşlə, Sabunçu və Badamdar qəsəbələrinin ərazilərində quşçuluq məhsullarının növbəti satış-yarmarkaları keçirilmişdir.
İqtisadi İnkişaf Nazirliyinin və Quşçular Cəmiyyətinin birgə təşkil etdikləri yarmarkalar paytaxt əhalisinin bu məhsullara tələbatının daha dolğun ödənilməsi və qiymətlərin süni şəkildə artırılmasının qarşısının alınması məqsədi ilə həyata keçirilir.
“Təzə bazar” MMC-nin ərazisindəki yarmarkaya 14 mindən çox yumurta gətirdiyini bildirən Hacıqabul quşçuluq fabrikinin işçisi İlqar Nağdalıyev yumurtanın birini 12-13 qəpiyə satırdı. O, qəsəbə sakinləri üçün hər həftə yumurta gətirdiyini və bundan sonra da bu işi davam etdirəcəyini söylədi.
Giləzi quşçuluq şirkətindən Sabir Qarayev də təklif etdiyi yumurtanın həvəslə alındığını vurğuladı.
Alıcılar yumurtanın keyfiyyətli, qiymətlərinin bazardakından ucuz olduğunu bildirir, yarmarkanın təşkilatçılarına minnətdarlıq edirdilər.
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyevin sözlərinə görə, bu gün şəhərin yarmarkalarında satışa 20 ton toyuq əti və 500 minə yaxın yumurta çıxarılmışdır. Satış-yarmarkalar şənbə və bazar günləri də davam etdiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:29]
® “Bakcell” yeni baş icraçı direktor təyinatını elan edib
- 08.06.2026 [18:03]
Cari ilin qalan dövrü ərzində dünya bazarında neft 81-100 dollara satılacaq
- 08.06.2026 [17:59]
® “AccessBank” taksi xidməti tenderi elan edir
- 08.06.2026 [17:53]
Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib
- 08.06.2026 [17:47]