“RABİTƏBANK”IN ŞİRVAN RAYONUNDA FİLİALI İŞƏ BAŞLAMIŞDIR
AZƏRTAC xəbər verir ki, apreldə “Rabitəbank” ASC-nin Şirvan rayonunda yeni filialı fəaliyyətə başlamışdır.
Şirvan filialı fiziki və hüquqi şəxslərə müxtəlif növ əmanətlər, istehlak, ipoteka və biznes kreditləri, sürətli pul köçürmələri, plastik kartlar və digər müasir bank məhsulları üzrə beynəlxalq standartlara uyğun bank xidməti göstərəcəkdir.
“Rabitəbank”ın 18 filialından 6-si Bakının müxtəlif rayonlarını, 12-i isə regionları əhatə edir. Bank bu il xidmət şəbəkəsini 20-yə catdırmağı planlaşdırır.
Birinci rübdə bankın aktivlərinin məbləği 95 milyon manat, kapitalı 14 milyon manat olmuşdur.