Ramana qəsəbəsindəki 90 nömrəli orta məktəb üçün yeni korpuslar tikiləcək
Bakı, 8 may, AZƏRTAC
Sabunçu rayonunun Ramana qəsəbəsindəki 90 nömrəli məktəbin əsas korpusu və idman zalı əsaslı təmir ediləcək.
AZƏRTAC xəbər verir ki bu, “Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi və təmiri ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamında öz əksini tapıb.
Sərəncama əsasən 90 nömrəli məktəbin iki korpusunun sökülməsi və 960 şagird yerlik korpusların tikintisi də nəzərdə tutulur.
Xatırladaq ki, Sərəncama əsasən, Bakıda və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi və təmiri ilə əlaqədar 20 milyon manat ayrılıb. Bu vəsaitin 2 milyon 310 min manatı Sabunçu rayonunun Ramana qəsəbəsindəki 90 nömrəli orta məktəbdə təmir və tikinti işlərinin aparılması üçün nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:20]
Yeni təmayül tədris modeli çərçivəsində yay düşərgəsi təşkil olunub
- 12.06.2026 [18:04]
Bu il Azərbaycanın ali məktəblərini 63 mindən çox tələbə bitirir
- 12.06.2026 [17:44]
Regionun aparıcı ali təhsil ocağı: BDU yeni məzunlarını yola salır
- 12.06.2026 [17:20]