RAYONLARDA SÜNİ MAYALANDIRMA MƏRKƏZLƏRİ YARADILMIŞDIR
Aqro İnformasiya Mərkəzindən (AİM) AZƏRTAC-a bildirmişlər ki, qurum Azərbaycan regionlarında kənd təsərrüfatı heyvanlarının məhsuldarlığının yüksəldilməsi məqsədilə yerli mütəxəssislərin süni mayalanmaya dair nəzəri və praktiki biliklərinin artırılması istiqamətində təlimlər keçirmiş, Beyləqan, Ağcabədi, Ucar və Kürdəmir rayonlarında süni mayalandırma mərkəzləri yaratmışdır.
AİM-in təlimatçı eksperti Əlövsət Abdulovun sözlərinə görə, hazırda mərkəzlər tərəfindən 600-dən çox inək süni yolla mayalandırılmışdır.
Ə.Abdulov bildirmişdir ki, süni mayalandırmanın iqtisadi cəhətdən əlverişli olmaqla yanaşı, bir çox üstün cəhətləri də vardır. Belə ki, bu yolla doğulmuş balalar təbii cütləşmə yolu ilə keçən (bürsellyoz və.s) və xaricdən gətirilmiş heyvanlara nisbətən yerli şəraitdə baş verə bilən bəzi xəstəliklərə qarşı davamlıdır.
Ekspertə görə, fermer təsərrüfatlarında heyvandarlığın zəif inkişaf etməsinin əsas səbəbləri az məhsuldar yerli cinslərdən, həmçinin nəsil artırılmasında yaxın qohumluqdan istifadə olunmasıdır. Bu, öz növbəsində, cırlaşmaya və anormal balaların doğulmasına şərait yaradır. Bundan başqa, xəstəlik və zərərvericilərə qarşı vaxtında profilaktik tədbirlərin aparılmaması, yemlərin vaxtında tədarük olunmaması, yemləmənin düzgün təşkil edilməməsi isə məhsuldarlığın azalmasına səbəb olur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]