“Real Madrid” Qaret Beyli transferə çıxardıb
Bakı, 27 mart, Nicat Məmmədov, AZƏRTAC
İspaniyanın "Real Madrid" klubu futbolçusu Qaret Beyli transferə çıxardıb.
AZƏRTAC İspaniyanın "AS" nəşrinə istinadla xəbər verir ki, bu qərar "kral" klubunun prezidenti Florentino Peres və baş məşqçisi Zinəddin Zidanın arasında qəbul edilib və klub uelsli futbolçunu yay transfer pəncərəsində satışından 175 milyon avro gəlir əldə etmək niyyətindədir.
Həmçinin bildirilib ki, bu qərar mövsümün sonuna kimi futbolçunun oyunundan asılı olmadan dəyişilməyəcək.
Qeyd edək ki, Qaret 2013-cü ildə İngiltərənin "Tottenhem" klubundan 100 milyon avro qarşılığında Madrid klubuna keçib. O, cari mövsümdə "Real"ın heyətində 28 oyunda iştirak edib, 8 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. "Real Madrid"in Beyl ilə müqaviləsi 2022-ci ilə kimi nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [23:25]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [22:20]
Lənkəran və Astarada güləş zallarına baxış keçirilib
- 12.06.2026 [20:01]
Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub
- 12.06.2026 [18:28]
Azərbaycanı Dünya Kubokunda 8 boksçu təmsil edəcək
- 12.06.2026 [18:09]
Çövkən üzrə Azərbaycan millisi dünya çempionatının finalına vəsiqə qazanıb
- 12.06.2026 [18:06]
Azərbaycan klubu bütün legioner voleybolçuları ilə vidalaşıb
- 12.06.2026 [17:46]
Atletika üzrə Azərbaycan çempionatı start götürüb
- 12.06.2026 [16:00]