Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rəfiqə Hüseynzadə: SOCAR bir gündə 100 min ağacın əkilməsi öhdəliyini götürüb

Rəfiqə Hüseynzadə: SOCAR bir gündə 100 min ağacın əkilməsi öhdəliyini götürüb

Bakı, 23 oktyabr, Nihad Budaqov, AZƏRTAC

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızda bir gündə 650 min ağac əkiləcək. Bu nəcib təşəbbüsə ictimaiyyət nümayəndələri, dövlət və hökumət qurumlarının, diplomatik korpusun, icra hakimiyyətləri orqanlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri və könüllülər qoşulacaqlar. Ölkənin ən böyük şirkəti olan SOCAR da təşəbbüsdə iştirak edəcək. SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə şirkətin bu sahədə gördüyü işlər və təşəbbüsün əhəmiyyəti barədə AZƏRTAC-ın suallarını cavablandırıb.

- Rəfiqə xanım, SOCAR bu təşəbbüs çərçivəsində nə qədər ağac əkməyi planlaşdırır?

- Məlumdur ki, Prezident İlham Əliyev 2019-cu ili Azərbaycanda “Nəsimi ili” elan edib və bununla əlaqədar ölkəmizdə bir sıra silsilə tədbirlər həyata keçirilməkdədir. Böyük şairimizin anadan olmasının 650 ilinin tamam olduğunu nəzərə alaraq Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva gözəl təşəbbüs irəli sürüb və respublika ərazisində bir gündə 650 min ağacın əkilməsini təklif edib. Bu təşəbbüs həm ölkəmizdə ekoloji mühitin daha da sağlamlaşdırılmasına müsbət təsir göstərəcək, həm də şairin irsinin daha geniş təbliğinə və xatirəsinin əbədiləşdirilməsinə böyük töhfə verəcək.

Neft-qaz əməliyyatlarında ətraf mühitə təsirin minimuma endirilməsi üçün SOCAR hər il müxtəlif tədbirlər həyata keçirir. SOCAR-ın əməkdaşları cari ilin aprelində hər il olduğu kimi iməcilik keçirib, 64 mindən çox ağac və kol bitkiləri əkiblər. Bundan başqa, “Əsrin müqaviləsi”nin imzalanmasının 25 illiyi və “Neftçilər Günü” ərəfəsində əlavə olaraq 28 min ağac və kol bitkiləri əkilib.

Bütün bunlara baxmayaraq, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü SOCAR qarşısında da yeni hədəflər müəyyən edib və bir gündə 100 min ağacın əkilməsi öhdəliyi götürülüb. Ağacların əsasən Abşeron yarımadasında əkilməsi planlaşdırılır. Bu səbəbdən təbii ki, seçilmiş ağaclar Abşeron yarımadasının təbii iqliminə uyğun olmalıdır. Biz hər zaman xüsusi növ ağacları seçməyə çalışırıq ki, o ağaclar iqlim şərtlərində solmasın və məhv olmasın. Əvvəlki illərdəki təcrübə göstərir ki, Abşeron yarımadasına daha uyğun olan şam və zeytun ağacının müxtəlif növləridir. Bunu nəzərə alaraq bu dəfə də əkiləcək ağaclarda da həmin növlərə üstünük veriləcək.

- SOCAR neft şirkəti olsa da, ekoloji fəaliyyət onun əsas prioritet istiqamətlərindən biridir. SOCAR-ın ekoloji fəaliyyəti nədən ibarətdir?

- Dövlət Neft Şirkəti öz fəaliyyətində ətraf mühitin qorunmasına çox ciddi önəm verir. Biz ekoloji fəaliyyətimizi yalnız yaşıllıq zolaqlarının salınması ilə məhdudlaşdırmırıq. Məlumdur ki, quruda və dənizdə karbohidrogen ehtiyatlarının sənaye üsulu ilə mənimsənilməsinə ilk dəfə Azərbaycanda başlanılıb. Bu baxımdan, Azərbaycan ekoloji problemlərlə üzləşən ən qədim neft ölkəsidir. SSRİ vaxtından neft-qaz sənayesinin inkişafı prosesində ekoloji tələblərə lazımi diqqət yetirilmədiyindən ətraf mühitin böyük miqyasda çirklənməsi baş verib. Lakin, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra ekoloji problemlərin həlli dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Ekoloji standartların yüksəldilməsi və onlara riayət olunmasının təmini məqsədilə müstəqil Azərbaycanın qanunvericilik bazasının təkmilləşdirilməsi də sürətlə davam etməkdədir. Qısa zamanda ölkəmizdə ekoloji tarazlığın yaxşılaşdırılması və qorunması məqsədilə bir sıra qanun, fərman, sərəncam və qərarlar qəbul edilib.

SOCAR öz fəaliyyətini məhz yerli və beynəlxalq standartlara uyğun həyata keçirir. Ətraf mühitin qorunması istiqamətində qarşıda duran vəzifələri həyata keçirmək və ekoloji sahədə idarəetmə strukturunu təkmilləşdirmək məqsədilə 2008-ci ildə SOCAR-ın “Ekoloji Siyasəti” təsdiqlənib, əsas ekoloji göstərici olaraq “sıfır tullantı” prinsipi qəbul edilib. Bütün neft-qaz əməliyyatları zamanı bu prinsipə əməl edilməsi ilə yanaşı, keçmişdən miras qalmış ekoloji problemlərin, xüsusən yararsız hala düşmüş torpaqların bərpası da həyata keçirilir. Belə ki, SOCAR-ın müəssisə və təşkilatlarında indiyədək 2058,7 hektar ərazi rekultivasiya olunub.

Atmosferin çirklənməsinin qarşısının alınması da SOCAR-ın prioritet sahələrindən biridir. SOCAR qlobal istiləşmə və iqlim dəyişmələrinə təsirin azaldılması istiqamətində Dünya Bankının “Qlobal Qaz Yandırılmalarının Azaldılması üzrə Tərəfdaşlıq” (GGFR) təşkilatı ilə 2008-ci ildə əməkdaşlığa başlayıb, şirkət bu sahədə SOCAR gördüyü işlər nəticəsində 2012-ci və 2015-ci illərdə GGFR təşkilatı tərəfindən Ali mükafata layiq görülüb.

Bundan başqa, qlobal istiləşmə və iqlim dəyişikliyinin qarşısının alınması və ətraf mühitin qorunması məqsədilə 2014-cü ildə SOCAR “2030-cu ilə qədər səmt qazının normal hasilat prosesində yandırılmasının sıfıra endirilməsi” təşəbbüsünə qoşulub.

2016-cı ildə isə Azərbaycan “Paris İqlim Sazişi”ni imzalayıb. Azərbaycan qlobal iqlim dəyişmələrinin qarşısının alınması təşəbbüslərinə özünün töhfəsi olaraq, 1990-cı baza ili ilə müqayisədə 2030-cu ilə istilik effekti yaradan qazların emissiyalarının səviyyəsində 35 faiz azalmanı hədəf kimi götürüb. Ölkədə BMT-nin iqlim dəyişmələri haqqında çərçivə konvensiyasının Paris razılaşması sənədinə daxil etmək üçün SOCAR “Nəzərdə tutulan, ölkə səviyyəsində müəyyən edilmiş töhfələr” sənədinə öz tədbirlərini əlavə edib. SOCAR tərəfindən təqdim edilmiş töhfələr irimiqyaslı layihələrdir.

Bunlarla yanaşı bildirməliyəm ki, SOCAR 2015-ci ildən BMT-nin İnkişaf Proqramı ilə birgə “Azərbaycanın yanacaq istehlakı sektorunda karbon emissiyalarının azaldılmasını təmin edən Milli Fəaliyyət Planı” layihəsini icra etməkdədir. Layihənin spesifik vəzifəsi SOCAR-ın İqlim Dəyişikliyinin Təsirlərinin Azaldılması Strategiyasını dəstəkləməkdir. Atmosferə daha az karbon qazı buraxan istehlak sektorları üzrə proqram xarakterli Milli Fəaliyyət Planı vasitəsilə layihə çərçivəsində istixana effekti yaradan qazların emissiyalarının təsirlərinin azaldılması tədbirlərinin təşviqi və genişləndirilməsi nəzərdə tutulur. Azərbaycan bazarında az enerji sərf edən və karbon emissiyalarını azaldan texnologiyalardan o qədər də geniş istifadə edilmir. Layihə çərçivəsində məhz belə sahələrə pilot investisiya qoyuluşları planlaşdırılır.

SOCAR, həmçinin bu ilin yanvarında “Metan emissiyalarının azaldılması üzrə rəhbər prinsiplər” təşəbbüsünə qoşulub. Bütün qeyd etdiklərim əslində SOCAR-ın ekoloji fəaliyyətinin bir qismini əhatə edir. Ekoloji problemlərin həlli SOCAR-ın qarşısına qoyduğu prioritet istiqamətlərdən biridir və bu fəaliyyət sadaladığım layihələrlə yekunlaşmır. Biz gündəlik fəaliyyətimizdə daim ətraf mühitin qorunması istiqamətində işləri həyata keçirməkdəyik. Bundan sonra da, SOCAR qlobal istiləşmə, iqlim dəyişikliyi, karbon emissiyalarının və digər tullantıların idarə olunması istiqamətində intensiv işlərlə məşğul olacaq.

- Bu təşəbbüsün ölkənin ekoloji vəziyyətinə faydasını nədə görürsünüz?

- Qeyd etdiyim kimi, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu təşəbbüsü ekoloji mühitin daha da sağlamlaşdırılması baxımdan çox önəmlidir. Məlum olduğu kimi, son illərin ən mühüm ekoloji problemlərindən biri məhz iqlimdə baş verən dəyişikliklərdir. Alimlərin gəldiyi nəticəyə görə, bu problem birbaşa atmosferdə istilik effekti yaradan qazların artması ilə bağlıdır.

Bu baxımdan yeni ekoloji layihələrin həyata keçirilməsi, ətraf mühitin qorunmasına müsbət töhfələr verən işlərin görülməsi çox vacibdir. Təbii ki, bir gündə 650 min ağacın əkilməsi ölkəmizin ekosisteminə ciddi şəkildə müsbət təsirini göstərəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Husilər: Səudiyyə Ərəbistanı Yəmənə bir gündə 106 hava zərbəsi endirib

“Politico”: Zelenski və Merts Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı razılığa gələ bilməyiblər

Konqo Demokratik Respublikasında iki gəmi toqquşub: ölənlər var

ABŞ Böyük Britaniyadakı bazadan bombardmançı təyyarələrini geri çəkib

Braziliyada prezident seçkilərində səsvermə başa çatıb

Portuqaliya UEFA Millətlər Liqasının 1/4 finalına vəsiqə qazanıb

Stokholmda “Impact Pioneers 26 EUROPE” proqramının İsveç həftəsi başa çatıb

Avropa İttifaqında sığınacaq müraciətlərinin sayı kəskin azalıb

Ukrayna Müdafiə Nazirliyi: Rusiyanın neft emalı gücünün yarıdan çoxu sıradan çıxarılıb

ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb

Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb

GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir

Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib