MƏDƏNİYYƏT
Regionlarda “Böyük Azərbaycanlı” kitabının təqdimatı olub
![](/files/galleryphoto/2023/3/1200x630/1703753960900313339_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/1703753960640258206_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17037539605373219228_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17037539605212734273_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/1703753960165539400_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17037539602895832758_1200x630.jpg)
Bakı, 28 dekabr, AZƏRTAC
Mədəniyyət Nazirliyinin dəstəyi və Regional Mədəniyyət İdarələrinin tərəfdaşlığı ilə Azərbaycanın bölgələrində Əməkdar mədəniyyət işçisi Zahirə Cabirin Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş “Böyük Azərbaycanlı” kitabının təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Kitabın müəllifi söyləyib ki, bütün həyatını xalqının xoşbəxt gələcəyinə, müasir Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr edən Ulu Öndər Heydər Əliyevin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir. Həmçinin müəllif qeyd edib ki, kitabdakı hekayələrdə real tarixi hadisələr öz əksini tapıb.
Layihənin əsas məqsədi Ümummilli Liderimizin şəxsiyyəti, ideyaları, ömür yolu və irsi əsasında oxucuların dünyagörüşünü zənginləşirmək və gənclərdə vətənpərvərlik, insansevərlik hisslərini aşılamaqdır.
Kitab Qusar, Xaçmaz, Gəncə, Şəmkir, Qazax, Sabirabad bölgələrinin oxucuları üçün təqdim edilib.