REGİONLARDA FƏALİYYƏT GÖSTƏRƏN KREDİT İTTİFAQLARI ÜZVLƏRİNİN İXTİSASI TƏKMİLLƏŞDİRİLİR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Kredit İttifaqları Assosiasiyasının əməkdaşları tərəfindən Bərdə və Lənkəranda fəaliyyət göstərən kredit ittifaqlarının sədrləri, kredit mütəxəssisləri və baş mühasiblər üçün treninqlər keçirşlmişdir.
Səkkiz yerli kredit ittifaqının 30-dək nümayəndəsinin iştirakı ilə keçirilmiş təlimlərdə kredit ittifaqlarının fəaliyyətinin strukturu, onların modeli, idarəçiliyi və inteqrasiyası kimi mövzular əhatə olunmuşdur.