REGİONLARDA TELEKOMMUNİKASİYA ŞƏBƏKƏLƏRİ YENİDƏN QURULUR
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, regionlarda telekommunikasiya şəbəkələrinin yenidən qurulması ilə əlaqədar həyata keçirilən layihələr, tətbiq olunan yeni texnika və texnologiyalar nəticəsində rabitə xidmətləri genişləndirilir. Hazırda “Aztelekom” İstehsalat Birliyinin telekommunikasiya abunəçilərinin 60 faizdən çox hissəsi elektron ATS-lərin müxtəlif xidmətlərindən istifadə edir. “Aztelekom.net” internet xidmətləri şəbəkəsinin fəaliyyətə başlaması da regionlarda internetin inkişafına təkan vermiş, qısa müddət ərzində istifadəçilərin qlobal şəbəkəyə qoşulmasını təmin etmişdir. Bu siyahıya kartlarla, eləcə də parolsuz qoşulma və geniş zolaqlı şəbəkə xidmətləri də daxildir. Yeni xidmətlər həm adi istifadəçilərin, həm də korporativ müştərilərin tələblərini tam ödəməklə bu sahədə onların maraqlarını təmin edir.
Qeyd edək ki, layihələrin başa çatdırılması ilə regionlarda mövcud rabitə şəbəkəsinin tam elektronlaşdırılması təmin olunacaq, yeni rabitə xidmətlərinin göstərilməsi reallaşacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [21:24]
İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb
- 17.10.2026 [13:11]
Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər
- 17.10.2026 [12:40]
“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub
- 17.10.2026 [12:16]
Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub
- 17.10.2026 [11:28]
Azərbaycan nefti 116 dollara satılır
- 17.10.2026 [10:44]
Birjalarda neft bahalaşıb
- 17.10.2026 [10:42]
Qızıl və gümüş bahalaşıb
- 16.10.2026 [19:34]
Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]