REGİONLARDA UŞAQ HÜQUQLARI ÜZRƏ TƏLİMLƏR KEÇİRİLİR
Ombudsman Aparatından AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatı ilə YUNİSEF-in ölkəmizdəki nümayəndəliyinin birgə illik iş planına əsasən, Lənkəran və Cəlilabadda “Uşaqlar üçün yararlı dünya +5” bəyannaməsinin həyata keçirilməsi üzrə regional seminarlar keçirilmişdir.
Uşaq hüquqlarının müdafiəsi mexanizmləri, təhsil, sağlamlıq hüquqları, regionda bu sahədə mövcud olan problemlərin həlli yolları müzakirə edilən tədbirlərdə rayon icra hakimiyyətlərinin nümayəndələri, digər dövlət strukturları yerli şöbələrinin və hüquq-mühafizə orqanlarının əməkdaşları, bələdiyyələrin, yerli QHT-lərin rəhbərləri, müəllim və şagirdlər iştirak etmişlər.
Ombudsman Elmira Süleymanova tədbirin əhəmiyyətindən danışmış, Azərbaycanda uşaq hüquqlarının vəziyyəti, mövcud problemlər, uşaq hüquqlarının müdafiəsi sahəsində Ombudsmanın fəaliyyəti, YUNİSEF ilə birgə həyata keçirilən proqramlar, layihələr haqqında ətraflı məlumat vermişdir.
Mövzu üzrə regional məsləhətləşmələr davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək
- 13.06.2026 [23:56]
Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb
- 13.06.2026 [23:24]
Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib VİDEO
- 13.06.2026 [23:15]
Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub
- 13.06.2026 [22:37]
Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?
- 13.06.2026 [22:26]
15 İyun xalqın strateji seçimi idi – ŞƏRH
- 13.06.2026 [22:21]
Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub
- 13.06.2026 [22:01]
Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb
- 13.06.2026 [21:25]