“RELAX” TURİZM İSTİRAHƏT MƏRKƏZİ İLƏ TANIŞLIQ
AZƏRTAC-ın müxbiri xəbər verir ki, oktyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yolüstü Lerik rayonundakı “Relax” turizm-istirahət mərkəzi ilə tanış olmuşdur.
Prezidentə məlumat verildi ki, Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramı çərçivəsində bir il ərzində yaradılan turizm istirahət mərkəzində 15-dək işçi çalışır. Qış, yay mövsümündə istirahət üçün hər cür şərait var, 20-dən çox kottec, habelə yay istirahət güşələri yaradılmışdır. Müasir standartlara cavab verən bu istirahət mərkəzinin ərazisi gələcəkdə daha da genişləndiriləcəkdir.
Dövlətimizin başçısı ölkəmizdə turizmin inkişafı üçün hər cür şəraitin olduğunu bildirdi və belə obyektlərin daha çox tikilməsinin zəruriliyini vurğuladı, kotteclərə baxdı və hazırlanan ləziz yeməklərdən daddı.