RF FEDERASİYA ŞURASI SƏDRİNİN MÜAVİNİ AZƏRBAYCANLA DAHA SIX MÜNASİBƏTLƏRİN İNKİŞAF ETDİRİLMƏSİNƏ TƏRƏFDARDIR
D.Mezentsevin fikrincə, birbaşa əlaqələri sahmanlamaq, konkret tərəfdaşlıq razılaşmaları, dövlətlərimiz arasında imzalanmış bütün sənədlərin gerçəkləşdirilməsi üzərində işləmək lazımdır. O demişdir ki, MDB çərçivəsində əməkdaşlıq Azərbaycanla Rusiya arasında əməkdaşlığın çoxvariantlı sxemlərindən biridir. Lakin bununla yanaşı, tammiqyaslı ikitərəfli əməkdaşlığı da fəal inkişaf etdirmək lazımdır. Burada istənilən təşəbbüslər, əlbəttə, Azərbaycanın özünün təşəbbüsləri mütləq aktualdır və əməkdaşlığın ümumi sxeminə uyğun gəlir.
D.Mezentsev vurğulamışdır ki, Milli Məclis ilə Federasiya Şurası arasında yaxşı və sıx qarşılıqlı münasibətlər yaradılmışdır, lakin bu münasibətlər daha intensiv ola bilər.