Rodriqo Moreno UEFA Avropa Liqasının səkkizdəbir final mərhələsinin ən yaxşı oyunçusu seçilib
Bakı, 11 mart, AZƏRTAC
Martın 11-də UEFA Avropa Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib.
AZƏRTAC UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, bu, İspaniyanın “Valensiya” klubunun hücumçusu Rodriqo Morenodur. O, nominasiyada Kevin Trap (“Ayntraxt”, Almaniya), Pedro (“Çelsi”, İngiltərə) və İsmail Sarrını (“Renn”, Fransa) qabaqlayıb.
İyirmi səkkiz yaşlı forvard səkkizdəbir final mərhələsində Rusiyanın “Krasnodar” klubunun qapısından keçirdiyi 2 qol ilə yadda qalıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [17:47]
Çempionlar Liqası: “Neftçi”nin rəqibi bəlli olub
- 18.06.2026 [16:40]
Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı reallaşıb
- 18.06.2026 [16:38]
DÇ-2026: Ronaldu, Harri Keyn və İvan Perişiç rekordlara imza atıblar
- 18.06.2026 [16:13]
“Qarabağ” və “Zirə” yoldaşlıq görüşündə üz-üzə gələcək
- 18.06.2026 [16:10]
Cahangir Fərəcullayev UEFA-da komitə üzvü təyin edilib
- 18.06.2026 [15:37]