İDMAN
“Roma” Roberto Mançini ilə danışıqlara başlayıb
Bakı, 11 noyabr, AZƏRTAC
İtaliyanın “Roma” komandası baş məşqçi vəzifəsi üçün Roberto Mançini ilə danışıqlara başlayıb.
AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, paytaxt təmsilçisi ilə tanınmış mütəxəssis arasında ilkin danışıqlar olub. 60 yaşlı çalışdırıcı “canavarlar”dan 2+1 illik müqavilə tələb edib. Tərəflər arasında razılıq əldə olunarsa, yaxın zamanda rəsmi sözləşməyə imza atılacaq.
Komandaya son olaraq xorvatiyalı İvan Yuriç başçılıq edib. Klub rəhbərliyi uğursuz nəticələrə görə bir neçə gün öncə onunla yollarını ayırıb.
Qeyd edək ki, XII turdan sonra aktivində 13 xalı olan “Roma” 12-ci pillədə qərarlaşıb.