İDMAN
Romano Bernardo: Ölkəmizi təmsil etmək mənim üçün çox böyük bir şərəfdir
![Romano Bernardo: Ölkəmizi təmsil etmək mənim üçün çox böyük bir şərəfdir](/files/2015/2/1200x630/14345488122762215775_1200x630.jpg)
Bakı, 17 iyun, AZƏRTAC
Litvanın voleybol komandası ilə oyunumuz olduqca çətin idi. Çünki bu, yarışlarda ilk oyunumuz idi. Səflərimiz oldu. Əsası odur ki, ruhdan düşmədik və qələbə qazandıq”.
Bu sözləri AZƏRTAC-a çimərlik voleybolu üzrə yığmamızın gənc atleti Romano Bernardo bildirib və deyib ki, növbəti qarşılaşmada rəqibimiz Norveç komandası olacaq. Bu komanda güclü və perspektivlidir. Bunu nəzərə alaraq, daha mübariz oyun keçirməyə qərarlıyıq. Əlimizdən gələni edəcəyik ki, qələbə qazanaq.
Birinci Avropa Oyunlarında Azərbaycanın idman şərəfini qorumaqdan qürur duyduğunu söyləyən Romano Bernardo deyib: “Bu Oyunlarda Azərbaycanı təmsil etmək mənim üçün çox böyük fəxrdir. Birincisi Azərbaycan ilk Avropa Oyunlarına ev sahibliyi edir. İkincisi Azərbaycanda idmana böyük diqqət və qayğı vardır. Mənim idman karyeramda birinci Avropa Oyunlarının xüsusi yeri olacaq. Bunun üçün gözəl Azərbaycana, onun idmanı çox sevən Prezidentinə və qonaqpərvər xalqına uğurlar arzu edirəm”.