Rumıniyada koronavirusa yoluxanların sayı 12 min nəfərə yaxınlaşır
Buxarest, 29 aprel, AZƏRTAC
Rumıniyada koronavirusa yoluxanların sayı getdikcə artır.
AZƏRTAC bu ölkənin Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, artıq 11 min 978 nəfər bu xəstəliyə yoluxub. Yoluxma hallarından 362-si son 24 saat ərzində baş verib.
Ölkə üzrə 675 nəfər koronavirusdan ölüb, 3569 nəfər isə sağalıb. Hazırda 247 nəfər reanimasiyadadır.
Qeyd edək ki, Rumıniyada 12 min 42 nəfər karantində saxlanılır, 22 min 690 nəfər isə ev şəraitində təcrid olunub. Hazırda xəstəliyi aşkar etmək üçün 166 min 993 test həyata keçirilib.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [18:58]
Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb
- 11.06.2026 [18:28]
Böyük Britaniyada parlament binasında gizlənən qadın saxlanılıb
- 11.06.2026 [16:50]
Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək
- 11.06.2026 [16:33]
Fransızların 23 faizi maliyyə səbəblərinə görə tibbi müayinədən imtina edib
- 11.06.2026 [16:18]