RUSİYA ƏRAZİSİNDƏ YAŞAMAQ REJİMİNİ POZMAĞA GÖRƏ ƏCNƏBİ VƏTƏNDAŞLARIN MƏSULİYYƏTİ GÜCLƏNDİRİLİR
AZƏRTAC-ın xüsusi müxbiri Moskvadan xəbər verir ki, Rusiya Federasiya Şurası inzibati hüquq pozuntuları haqqında məcəlləyə dəyişikliklər edilməsini bəyənmişdir. Bütövlükdə qəbul olunan və Prezident Vladimir Putin imzaladıqdan sonra qüvvəyə minəcək sənəd təyin olunmuş qeydiyyat, gediş-gəliş və yaşayış yerinin seçilməsi, habelə Rusiya ərazisindən tranzit yol kimi istifadə qaydalarına riayət etməyən əcnəbi vətəndaşların və vətəndaşlığı olmadan bu ölkədə yaşayan şəxslərin məsuliyyətini gücləndirir. Bu pozuntulara görə, cərimənin məbləği minimum əmək haqqından 10-15 dəfə artıq olacaqdır.
Federasiya Şurasının komitə sədri Stanislav Vavilov bildirmişdir ki, bu qanun miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsinə, qeyri-leqal miqrantların sayının azaldılmasına yönəldilmişdir. Bundan əlavə, qanun cəmiyyətdə gərginliyin azaldılmasına və ölkə ərazisində sosial-siyasi sabitlik yaradılmasına da kömək edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Texnologiyanın sərhədləri Bakıda: “ADEX-2026”
- 30.09.2026 [23:51]
"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsinə yüksəlib
- 30.09.2026 [23:21]
Fransa şəkərli məhsullara yeni vergi tətbiq etməyi planlaşdırır
- 30.09.2026 [22:56]
Murad Hüseynov: Üzeyir Hacıbəyli Festivalı mədəni əlaqələri genişləndirir
- 30.09.2026 [22:28]
Fransa Böyük Britaniya ilə qeyri-qanuni miqrasiya sazişini dayandırır
- 30.09.2026 [22:11]
Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb
- 30.09.2026 [22:04]
Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə
- 30.09.2026 [21:55]
MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər
- 30.09.2026 [20:55]