RƏSMİ XRONİKA
Rusiya Federasiyasının Prezidenti Zati-aliləri cənab Dmitri Medvedevə
Hörmətli Dmitri Anatolyeviç,
“Bulqariya” teploxodunun qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı haqqında xəbər məni dərindən kədərləndirmişdir.
Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına dərin hüznlə başsağlığı verirəm. Zərər çəkənlərin tezliklə sağalmasını arzulayıram.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 11 iyul 2011-ci il.