Azərbaycan Dövlət İnformasiya Agentliyi

RUSİYA FEDERASİYASININ PREZİDENTİNƏ ŞEYXÜLİSLAM ORDENİ TƏQDİM EDİLMİŞDİR

Fevralın 21-də “Ulduz” iqamətgahında Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə Şeyxülislam ordeni təqdim edilmişdir. Bu münasibətlə təşkil olunmuş mərasimi Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam hacı ALLAHŞÜKÜR PAŞAZADƏ açaraq dedi:

- Bismillahir-rəhmanir-rəhim!

Zati-aliləri Rusiya Federasiyasının Prezidenti möhtərəm Vladimir Vladimiroviç Putin həzrətləri!

Siz bu gün bütün Azərbaycan xalqının ən dəyərli və ehtiramlı qonağısınız. Bu xalqın övladı kimi mən zati-alilərinizi Azərbaycan torpağında səmimi qəlbdən salamlayır və Allaha dua edir, həm bu səfərinizdə, həm də, ümumiyyətlə, xalqımızın əmin-amanlığı, xoşbəxt gələcəyi, rifahı naminə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə gələcək işbirliyinizdə böyük uğur və nailiyyətlər diləyirəm.

Müdriklik göstərərək Sizlər öz fəaliyyətinizlə belə bir həqiqəti sübut etmisiniz ki, yalnız birgə səylər və qarşılıqlı xeyirxah niyyətlər cari problemlərin həllinə, rifaha nail olunmasına və xalqlarımız üçün layiqli həyatın təmininə aparır.

Rusiya fövqəldövlətdir və ona bəslənən ümidlər də böyükdür. Bunu deyərək, biz xalqımızın ən ağrılı problemi olan Qarabağ düyününün açılmasında oynaya biləcək rolu nəzərdə tuturuq. Bu məsələdə Azərbaycan xalqı Rusiyadan əsil dost dəstəyi umur və onun ədaləti üstün tutacağına inanır.

Biz din xadimləri üçün xüsusi önəm kəsb edən budur ki, Rusiyada zati-aliləriniz, Azərbaycanda isə cənab İlham Əliyev dövlətin, bəlkə də, ən əsas vəzifələrindən biri olaraq, elə bir vətəndaş cəmiyyətinin qurulmasına çalışırsınız ki, burada dini, milli mənsubiyyətindən asılı olmayaraq, hər bir insan özünü cəmiyyətin tam hüquqlu vətəndaşı kimi hiss edə bilsin. Bu sahədə Sizin səyləriniz olduqca təqdirəlayiqdir və həm müsəlmanlar, həm də xristianlar tərəfindən böyük rəğbətlə qarşılanır.

Sizin son olaylarla, əziz Peyğəmbərimiz Həzrəti-Məhəmməd Salavatullahın təhqir edilməsi ilə bağlı qətiyyətli mövqe nümayiş etdirməyinizi, belə halları birmənalı şəkildə pisləməyinizi məhz tolerantlığa, dini dəyərlərə verdiyiniz yüksək qiymətin və böyük önəmin parlaq təzahürü kimi qiymətləndiririk.

Mən Sizin dini dəyərlərə necə ehtiramla yanaşmağınızın şəxsən şahidi olmuşam. Bu isə təbii ki, həyatda öz bəhrələrini göstərir, nəticə etibarilə cəmiyyətin, xalqın, ayrı-ayrılıqda hər bir dindarın maraqlarına cavab verir. Bütün bunları nəzərə alaraq, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar və Elmi-Dini Şuraları yekdilliklə qərara qəbul ediblər. İcazənizlə bu qərarla Sizi tanış etmək istəyərdim.

- Bismillahir-rəhmanir-rəhim!

Bir olan Allahın adı ilə! Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və Elmi-Dini Şurası qərara alır:

“Xalqlar arasında sülhə və həmrəyliyə nail olmağa, xalqlar arasında tolerantlığın dövlət siyasəti səviyyəsinə qaldırılmasına, müxtəlif millətlərdən və dini etiqadlardan olan adamları yaxınlaşdırmağa kömək edən ümumbəşəri mənəvi dəyərlərin bərqərar edilməsinə yönəldilmiş səmərəli fəaliyyətinə görə Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putin Şeyxülislam ordeni ilə təltif edilsin.

Bakı şəhəri, 20 fevral 2006-cı il”.

Qafqaz Müsəlmanları İdarəsinin başçısı ordeni və vəsiqəni Prezident Vladimir Putinə təqdim etdi.

Sonra Rusiya Prezidenti VLADİMİR PUTİN çıxış edərək dedi:

- Zati-müqəddəsləri!

Əziz dostlar!

Mən yüksək mükafatı - Şeyxülislam ordenini minnətdarlıqla qəbul edirəm. Bunu müxtəlif dinlər arasında və ən müxtəlif dinlərə etiqad edən insanlar arasında münasibətlər yaradılması işində Rusiyanın yüksək rolunun tanınması kimi, mədəniyyətlərin dialoquna və Cənubi Qafqaz regionunda sabitliyin möhkəmlənməsinə kömək göstərilməsində Rusiyanın yüksək rolunun tanınması kimi qiymətləndirirəm.

Rusiya Federasiyası dünyəvi dövlətdir. Burada əsrlərdən bəri ən müxtəlif millətlərə və dinlərə mənsub adamlar yaşayırlar, həmrəylik şəraitində yaşayır və bir-birinin əqidələrinə hörmət edirlər. Rusiyada biz dinə hörmət və ən müxtəlif dini əqidə və baxışları olan adamlara tolerant müasibət ənənələrinə rəğbət bəsləyirik. Belə yanaşmanı təkcə daxili siyasi işlərdə deyil, həm də xarici aləmdə, xüsusən də tarixi irsin mürəkkəb, bəzən dramatik yükündən dini və xalqlararası münaqişələrin qızışdırılması üçün istifadə edildiyi regionlardan söhbət getdikdə son dərəcə mühüm sayırıq.

Bununla əlaqədar biz regionda konfessiyalararası əməkdaşlıq ab-havası yaradılması sahəsində Azərbaycan Respublikası rəhbərliyinin səylərini və müsəlman liderlərinin çox çətin işini yüksək qiymətləndiririk. Biz dini ekstremizm və terrorizm təzahürlərinə qarşı qəti mövqe tutulmasını qiymətləndiririk.

Bilirsiniz ki, Rusiya indi bu məsələdə tərəfdaşlarla, o cümlədən bir çox müsəlman ölkələri ilə beynəlxalq aləmdə, ölkəmizin daimi əsasda müşahidəçi qismində yekdilliklə qəbul olunduğu İslam Konfransı Təşkilatı çərçivəsində aktiv qarşılıqlı fəaliyyət göstərir. Müasir dövrdə bütün konfessiyalar üçün ümumi olan əxlaqi və mənəvi dəyərlərin möhkəmləndirilməsini vacib sayıram. Yaxşılığa və haqq-ədalətə inam, mərhəmət və sülhsevərlik bütün böyük dünya dinlərinin baza postulatlarını təşkil edir. Odur ki, biz dinlərarası və millətlərarası dialoqun möhkəmlənməsinə yönəldilmiş siyasəti hər vasitə ilə dəstəkləyirik.

Bu baxımdan Rusiya Pravoslav Kilsəsinin başçısı II Aleksinin din liderlərinin Ümumdünya zirvə toplantısını cari il iyulun 4-5-də Moskvada keçirmək təşəbbüsünü də alqışlayırıq. Məlumdur ki, bütün dinlər başqa dini etiqadlardan olan xalqlarla qarşılıqlı anlaşmaya istiqamətlər verir. Müqəddəs Quran isə xeyir və nəciblikdə əməkdaşlıq etməyə, şərə və düşmənçiliyə kömək etməməyə bilavasitə çağırır.

Ona görə də dindarların hisslərinin hər hansı şəkildə təhqir olunmasını yolverilməz, hüquqazidd hesab edirik. Bu son dərəcə həssas məsələlərdə çox diqqətli olmaq, nəinki əməllərin, hətta düşünülməmiş sözlərin nə kimi ağır nəticələrə gətirib çıxara biləcəyini əvvəlcədən proqnozlaşdırmağı bacarmaq lazımdır. Mən hələ dövlət orqanlarının işini demirəm, onların hərəkətləri üçqat məsuliyyətli olmalıdır. Bunu Azərbaycanın tanınmış ümummilli lideri Heydər Əliyeviç Əliyev yaxşı bilirdi. Ən münaqişəli dövrlərdə məhz onun sayəsində dini dözümlülük prinsipi Azərbaycanın siyasətində təməl daşı olaraq qalmışdır. Düşünürəm ki, buna, habelə əsası Heydər Əliyeviç Əliyev tərəfindən qoyulmuş digər prinsiplərə sadiqlik, qəti əməl olunması bu gün, indiki şəraitdə də Azərbaycana səmərəli surətdə inkişaf etməyə və irəliləməyə kömək edən əsaslardan biridir.

Sonda bir daha vurğulamaq istəyirəm ki, regionda bir çox vəzifələrin həllinin açarı məhz dinlərarası dialoqda, onun dinlərin zəngin sülhyaratma potensialına əsaslanan müvəffəqiyyətindədir. Ona görə də biz müsəlman ruhanilərinin nüfuzlu nümayəndələrinin, Azərbaycanda, ümumiyyətlə, regionda fəaliyyət göstərən və işləyən digər konfessiyaların nümayəndələrinin köməyinə çox ümid bəsləyirik. Bu regionun xalqları qarşısında duran bütün mürəkkəb məsələlərin həllində sizin dəstəyinizə çox ümid bəsləyirik.

Göstərdiyinz şərəfə görə çox sağ olun.

X X X

Sonra çay süfrəsi arxasında söhbət oldu.

Ordenin təqdim olunması mərasimində Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şurasının üzvləri, dini liderlər iştirak edirdilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Livanda İsrailin hücumları nəticəsində ölənlərin sayı 4387 nəfərə çatıb

“Bloomberg”: Səudiyyə Ərəbistanı Qərbin dəstəyindən narazıdır

İran: Hörmüz boğazında naviqasiya sistemlərini söndürən gəmilər cəzalandırılacaq

Oman sahillərində tankerə dron hücumu olub, iki dənizçi itkin düşüb

Özge Gürel: “44” filmindəki hekayədə var olduğum üçün qürur duyuram

Ukrayna Aİ-dən 3 milyard avro dəyərində hərbi dəstək alacaq

Azərbaycan üçün əsas məsələ etimadı və uzunmüddətli tərəfdaşlığı möhkəmləndirməkdir ŞƏRH

XXI Bakı Caz Festivalı İçərişəhərdə möhtəşəm konsert proqramı ilə başa çatıb

Avropa İttifaqı Ukraynaya raket və dronların alınması üçün əlavə vəsait ayıracaq

Premyer Liqa: "Mançester Siti" "Liverpul"u məğlub edib

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Qazaxda yol qəzası: üç nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Biləsuvardakı zəncirvari qəzada ölənin və xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB

Zelenski: Ukrayna enerji atəşkəsini dəstəkləyir və Rusiyanın da buna qoşulmasını vacib sayır

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib