İDMAN
Rusiya millisinə yeni baş məşqçi təyin olunub
Bakı, 11 avqust, AZƏRTAC
Futbol üzrə Rusiya yığmasına yeni baş məşqçi təyin edilib.
AZƏRTAC xəbər verir ki, komandaya Stanislav Çerçesov rəhbərlik edəcək. Rusiya Futbol İttifaqından yeni baş məşqçi ilə 2018-ci ilədək müqavilə imzalandığı bildirilib. Çerçesovun əmək haqqının 2,6 milyon avro olduğu açıqlanıb.
S.Çerçesov yeni komandası ilə ilk oyununu avqustun 31-də Türkiyə yığmasına qarşı keçirəcək.
Qeyd edək ki, 52 yaşlı mütəxəssisin sonuncu iş yeri Polşanın “Legiya” klubu olub. 2007-ci ildə onun başçılığı ilə Moskvanın “Spartak” komandası Rusiya çempionatında ikinci yeri tutub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [12:23]
Bakıda beynəlxalq şahmat festivalı keçiriləcək
- 03.05.2024 [11:31]
"Gəncə" klubu rusiyalı voleybolçu ilə yollarını ayırıb
- 03.05.2024 [10:49]
"Prezident Kuboku-2024": Azərbaycan avarçəkənləri növbəti medalı qazanıblar
- 03.05.2024 [09:00]
Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürüb
- 03.05.2024 [02:39]
Konfrans Liqası: İngiltərədə sensasiya, "Fiorentina"dan çətin qələbə
- 03.05.2024 [02:04]