RUSİYA MÜSƏLMANLARI PUTİNƏ MÜRACİƏT ETMİŞLƏR
şəhərdəki 34 nömrəli məscidin sökülməsi qərara alınmışdır.
Məktubda deyilir: “Hakimiyyət orqanlarının özbaşınalığı göz qabağındadır. Vəziyyət o yerə çatıb ki, dindarları Allah evini öz hesablarına sökməyə məcbur edirlər. Əks halda icmanın başçısı Asiya Mahmudova barədə cinayət işinin qaldırılacağı ilə hədələyirlər”.
Müraciət müəlliflərinin fikrincə, vəziyyətin belə şəkil alması Putinin millətlərarası və dinlərarası münasibətlər sahəsində yeritdiyi siyasətə böyük zərbə vuracaqdır. Bundan əlavə, bu, Rusiyanın dövlət əhəmiyyətli xətt kimi elan etdiyi İslam dünyası ilə yaxınlaşmaq xəttinə də kölgə salır. Həştərxan müsəlmanlarının fikrincə, məscidin sökülməsi ölkənin bu yaxınlarda müşahidəçi qismində daxil olduğu İslam Konfransı Təşkilatındakı fəaliyyətinə ciddi ziyan vuracaqdır.
Xatırladaq ki, şəhər hökuməti sabiq mer İqor Bezrukavnikovun tikintisinə bir neçə il əvvəl icazə verdiyi məscidi sökməyi qərara almışdır. Meriya bu ilin yanvarında məhkəmədə məscidin icmanın vəsaiti hesabına sökülməsi barədə qərar qəbul edilməsinə nail olmuşdur. İcmanın isə şikayətləri cavabsız qalmışdır. Məhkəmənin qərarı ilə məscid mayın 1-dək dindarların vəsaiti hesabına sökülməlidir, əks halda, meriya məscidi icmanın hesabına özü dağıdacaq və icmanın rəhbərliyi barədə cinayət işi qaldırılacaqdır.