Rusiya, Özbəkistan və Tacikistan silahlı qüvvələrinin birgə hərbi təlimləri başa çatıb
Düşənbə, 10 avqust, AZƏRTAC
Əfqanıstanda siyasi və hərbi vəziyyətin gərginləşməsi ilə əlaqədar Tacikistanın bu ölkə ilə sərhədinin 20 kilometrliyində yerləşən Xarb-Maydon poliqonunda keçirilən Rusiya, Özbəkistan və Tacikistan silahlı qüvvələrinin birgə hərbi təlimləri başa çatıb.
AZƏRTAC Tacikistan mətbuatına istinadla xəbər verir ki, avqustun 5-dən 10-dək keçirilən təlimlərin bağlanış mərasimində Rusiya, Özbəkistan və Tacikistan silahlı qüvvələrinin nümayəndələri birgə təlimlərin Əfqanıstanla sərhədlərin qorunması istiqamətində böyük rol oynayacağını bildiriblər.
Qeyd olunub ki, hərbçilər Tacikistanın və Özbəkistanın cənubundan gələ biləcək təhlükələrin qarşısını almaq üçün qarşılıqlı fəaliyyətin əlaqələndirilməsi üzrə tapşırıqları uğurla yerinə yetiriblər.
Təlimlərə Rusiya, Özbəkistan və Tacikistan silahlı qüvvələrinin 2500 hərbçisi, 500-dək texnika cəlb edilib.
Xatırladaq ki, Tacikistanın Əfqanıstan və Özbəkistan ilə sərhədlərinin uzunluğu müvafiq olaraq 1400 və 144 kilometrdir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [21:41]
Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib
- 17.10.2026 [20:17]
Media: İranın cənubunda partlayış səsləri eşidilib
- 17.10.2026 [18:11]
Hörmüz boğazında daha bir tanker minaya düşüb
- 17.10.2026 [14:25]
Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]