Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rusiya və Azərbaycanda qadın məsələsi

Rusiya və Azərbaycanda qadın məsələsi

Moskva, 29 mart, AZƏRTAC

Bu gün siyasi vəziyyət həm müxtəlif ölkələr arasında, həm də bir sıra dövlətlərin daxilində müxtəlif səviyyələrdə baş verən çoxsaylı gizli və açıq münaqişələrlə səciyyəvidir. Mütəxəssislər çox vaxt deyirlər ki, danışıqlar prosesində qadınların daha çox iştirak etməsi pis olmazdı, bəlkə də bu, bir sıra hallarda çıxılmaz vəziyyətlərdən xilas olmağa kömək edərdi.

RF Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev bu vəziyyəti şərh edərək deyib: “İndi dünyada çox mürəkkəb vəziyyət yaranıb. Təbiətən daha hövsələli, daha mülayim olan qadınlar dialoqa, insanlar və ölkələr arasında körpü yaratmağa daha çox meyil edirlər. İndi hər bir ölkənin qarşılaşdığı qlobal problemlərin həllinə təzə baxış, qadın münasibəti hamımız üçün çox vacibdir. Məsələn, Azərbaycanda bunu çox yaxşı başa düşürlər, bu ölkədə bütün sahələrdə qadınların rolu çox yüksəkdir və artmaqda davam edir”.

Rusiya-Azərbaycan Dostluq Mərkəzinin rəhbəri, psixologiya elmləri namizədi, politoloq Nataliya Krasovskaya AZƏRTAC-a müsahibəsində qadın məsələsinin bu cür qoyuluşu barədə danışıb.

-Azərbaycanda sonuncu seçkilərin yekunlarına görə bələdiyyələrdə qadınların sayı altı dəfə artıb. Siz həmin seçkilərdə Rusiyadan müşahidəçi olmusunuz. Necə hesab edirsiniz, bu nəticə gözlənilirdimi?

-İşimlə əlaqədar mən Azərbaycanda tez-tez oluram və burada çoxlu müstəqil, qeyri-adi qadınlarla görüşmüşəm. Şərq ölkəsi üçün bu fenomenin nə ilə izah edildiyini başa düşürəm. 1918-ci ildə qadınların seçkilərdə səsvermə hüququ aldığı ilk müsəlman dövləti məhz Azərbaycan olub. Müqayisə üçün: Fransada qadınlara seçki hüququ 1944-cü ildə, İsveçrədə isə 1971-ci ildə verilib. Yaxın Şərqin bəzi ölkələri yalnız bu minilliyin əvvəlində qadınlara kişilərlə bərabər hüquqlar verməyi qərara alıb. Məsələn, Səudiyyə Ərəbistanı cəmi beş il bundan əvvəl belə qərar qəbul edib. Azərbaycan Respublikasında bu məsələdə ümummilli lider Heydər Əliyev çox böyük rol oynayıb. 1995-ci ildə Azərbaycanda “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” BMT Konvensiyası ratifikasiya olunub. 2006-cı ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb, “Kişi və qadınların gender hüquq bərabərliyinin təmin edilməsi haqqında” Qanun qəbul edilib. Hazırda Azərbaycan Prezidenti İlham Əliyev bu siyasəti davam etdirir. Son altı ildə gender bərabərliyinin möhkəmlənməsi, qadınların hüquq və imkanlarının genişlənməsi tədbirləri üçün hökumətin maliyyə dəstəyi artırılaraq 120 min dollardan 1 milyon dollara çatdırılıb.

Bu gün Azərbaycan dövlət siyasəti, həmçinin ənənələrlə tərəqqinin əlaqələndirilməsi sayəsində qadınların öz qabiliyyətlərini tam həcmdə reallaşdıra bilməsini, onların ictimai fəaliyyətlə daha aktiv məşğul olmasını göstərən nadir nümunədir.

-Qadın məsələsi sahəsində Azərbaycanla müqayisədə Rusiyada vəziyyət necədir?

-Ölkələrimizin sakinlərinin mentalitetindəki bütün fərqlərə baxmayaraq, rus və Azərbaycan qadınlarının xeyli oxşarlığı istər-istəməz nəzərə çarpır. Azərbaycanda və Rusiyada qadınların vəziyyətini əks etdirən bəzi rəqəmlər göstərmək istəyirəm. Azərbaycanda qadınlar ölkənin məşğul əhalisinin 48,5 faizini təşkil edir. Müxtəlif fəaliyyət sahələrində onların faiz nisbəti dəyişir. Məsələn, ümumtəhsil müəssisələrinin işçiləri arasında qadınlar 78,5 faiz, təbabətdə 65 faiz, elm sahəsində 53,5 faiz təşkil edir. Çox əlamətdar haldır ki, Azərbaycanda ali və orta ixtisaslı qadın mütəxəssislər kişilərdən çoxdur. Bundan əlavə, ölkənin dövlət qulluqçularının 29 faizi və sahibkarların təxminən 20 faizi qadınlardır. Rusiyalı qadınlar adətən səhiyyə, təhsil, iaşə və turizm sahələrində, mehmanxana işində və satış sahəsində daha çox uğur qazanır. Banklarda, sığorta və investisiya şirkətlərində vəzifələrin demək olar ki, üçdə iki hissəsini zərif cinsin nümayəndələri tutur. Yaxın vaxtlarda 35 ölkədə aparılmış tədqiqat barədə məlumatlara görə, Rusiyada rəhbər vəzifələr tutan qadınların sayı ən yüksək - 40 faizdir. Bu, ABŞ və Böyük Britaniya ilə müqayisədə demək olar ki, iki dəfə çoxdur. Prokurorluq və məhkəmə orqanları əməkdaşlarının 80 faizi qadınlardan ibarətdir. Rusiyalı məmurların 70 faizi qadınlardır. Nəhayət, Dövlət Dumasında və regional parlamentlərdə deputatların 14 faizi qadınlardır. Bu rəqəmlər Azərbaycan siyasətindəki vəziyyətə tamamilə uyğundur.

-Hətta Avropa ilə müqayisə aparsaq, bu da sonuncunun xeyrinə olmayacaq. Bu o deməkdirmi ki, bizim ölkələrdə qadın məsələsi həll edilib?

-İstər Rusiyada, istərsə də Azərbaycanda qadın hüquqları ilə bağlı vəziyyəti ideal hesab etmək düzgün olmazdı. BMT-nin üzvü olan 189 dövlət tərəfindən qəbul edilmiş Pekin Fəaliyyət Platformasında hakimiyyət strukturlarında rəhbər vəzifələrin azı 30 faizini qadınlara vermək tövsiyə edilib. Lakin bu nisbət heç də bütün sahələrdə gözlənilmir. Bu, xüsusən siyasətə və iqtisadiyyatın aparıcı sahələrinə aiddir. Həmin sahələr əsasən kişilərin səlahiyyəti kimi qalır. Əməyin ödənilməsində gender bərabərsizliyi hələ də müşahidə olunur. Qadınların ümumi gəliri kişilərin gəlirindən azdır. Ona görə də hər iki ölkə bu problemlər üzərində hələ çox işləməlidir, çünki müasir dünyada qadınların vəziyyəti ölkənin inkişafı barədə mühakimə yürütməyə əsas verən başlıca indikatorlardan biridir. Lakin qeyd etmək istəyirəm ki, ən başlıcası, qadınlar dövlətlərarası mədəni əlaqələrin inkişafında və xalq diplomatiyasında xüsusi rol oynayır.

-Deməli, qadınlara dünya münaqişələrini həll etmək imkanı verməyin vaxtıdır?

-Qadın məntiqi, qadın intuisiyası, onların münaqişələri tənzimləmək, gərginliyi aradan qaldırmaq istəyi adi məsələlərə təzə, qeyri-standart mövqedən yanaşmağa imkan verir, məhz bu cəhətlər xalq diplomatiyasının məqsədləri ilə uğurlu şəkildə birləşir. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva xalq diplomatının ən parlaq nümunəsi ola bilər. Mehriban Əliyeva əsl sülh elçisi olmaqdan əlavə, onun təşəbbüsü ilə qadın hüquqlarını müdafiə edən çoxlu qanun layihələri yaradılıb. Prezidentin qızı Leyla Əliyevanın fəaliyyəti də xalqlar arasında əlaqələrin möhkəmlənməsinə yönəlib: o, Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbəri kimi mümkün qədər daha çox rusiyalının Azərbaycan mədəniyyətini özləri üçün kəşf etməsindən ötrü çox iş görür. Prezident İlham Əliyevin ikinci qızı Arzu Əliyeva milyonlarla tamaşaçıya Azərbaycanın tarixi və mədəniyyəti barədə söhbət açan maarifləndirici və sənədli filmlərə prodüserlik edir.

Azərbaycan qadınları arasında bu cür misallardan çox göstərmək olar. Dinara Əliyevanı Rusiyada və bütün dünyada opera sənətinin biliciləri yaxşı tanıyırlar. Vyana operasında dəfələrlə aparıcı partiyaları ifa etmiş bu opera müğənnisi 2010-cu ildən Böyük Teatrın solistidir və Moskvada özünün opera festivalını keçirməyə başlayıb. Rəssam və ictimai xadim Aydan Salahova 1992-ci ildə Moskvada özəl qalereya açıb. Bu gün müasir və aktual incəsənətlə məşğul olan həmin qalereya Rusiyada ən nüfuzlu rəsm qalereyalarından biridir. Demək istəyirəm ki, qadının seçdiyi fəaliyyət sahəsində uğur qazanması azdır - o, həmişə qarşılıqlı anlaşmaya, sülhə və dostluğa kömək etməyə çalışır. Bütün dünyada münaqişələrin kəskinləşdiyi müasir şəraitdə bu, həm ictimai fiqur üçün, həm də siyasi xadim üçün ən qiymətli keyfiyyətdir.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Seçmə mərhələ: Azərbaycanın U-21 millisi Şotlandiya səfərində

Bakıda “Birliyin Gücü – 2026” birgə hərbi təliminin müşahidəçiləri ilə görüş olub

Bakıda “ADEX-2026” və “Securex Caspian” sərgiləri işə başlayıb

Lənkəranın 6 kəndində qaz təchizatı müvəqqəti dayandırılacaq

BDU dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısında mövqeyini yaxşılaşdırıb

Nəsimi rayonunun bəzi küçələrində qaz təchizatında fasilə yaranacaq

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Xocalıya qayıdan sakin: Müharibə olmasın, insanlar sağlıq və əmin-amanlıq içində yaşasınlar

Azərbaycan universitetlərinin THE reytinqində təmsilçiliyi genişlənib

ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb

Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb

Krit adasında 8,5 milyon illik kərgədan kəlləsi aşkarlanıb

“Bloomberg”: OPEC+ ölkələri noyabrda neft hasilatı planlarını dəyişməyə bilər

FAO: Dünyada deqradasiyaya uğramış meşələrin sahəsi 460 milyon hektardan çoxdur

“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək