RUSİYANIN NTV TELEKANALI BELARUSDA FƏALİYYƏTİNİ DAYANDIRIR
AZƏRTAC Rusiyanın informasiya agentliklərinə istinadla xəbər verir ki, Belarusda Rusiyanın NTV telekanalının bu ölkənin ərazisində fəaliyyətinin dayandırılması haqqında Nazirlər Sovetinin qərarı qüvvəyə minmişdir. Sənədə əsasən, Belarusda NTV-nin nümayəndəliyi, hesabı bağlanmalı, möhürü ləğv edilməlidir. NTV-nin respublikada fəaliyyətinin dayandırılması ilə bağlı tədbirlərin həyata keçirilməsinə nəzarət Xarici İşlər Nazirliyinə tapşırılmışdır. Bu qərarın qəbul edilməsinə telekanalın Belarus nümayəndəliyinin rəhbəri Pavel Selinin tanınmış yazıçı Vasil Bıkovun dəfni haqqında reportajı səbəb olmuşdur. Rəsmi Minskin fikrincə, reportajda “yalan və təxribat xarakterli informasiya verilmişdir”. Nəticədə, Pavel Selin iyunun 28-də akkreditasiyadan məhrum edilərək, Belarus ərazisindən çıxarılmış, ona yaxın 5 il ərzində ölkəyə gəlmək qadağan olunmuşdur. Belarus XİN-in informasiya idarəsinin rəisi Andrey Savinıx ölkənin Ümummilli televiziya ilə çıxışında bildirmişdir ki, “NTV telekanalı efirdə rəsmi surətdə üzr istəsə, XİN nümayəndəliyin fəaliyyətinin bərpası məsələsinə baxmağa hazırdır”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2026 [21:54]
Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi
- 08.08.2026 [18:18]
Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır
Bu saata olan əsas xəbərlər
- [20:00]
Çimərliyə gedənlərə XƏBƏRDARLIQ
- [16:31]
Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb
- 07.08.2026 [23:54]
Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır
- 07.08.2026 [23:45]
ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub
- 07.08.2026 [22:46]
Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb
- 07.08.2026 [22:37]
Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb
- 07.08.2026 [22:22]
Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var
- 07.08.2026 [21:42]
Antarktida buzlaqları civə mənbəyinə çevrilir
- 07.08.2026 [21:20]
İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb
- 07.08.2026 [21:15]
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
- 07.08.2026 [20:02]
Bu saata olan əsas xəbərlər
- 07.08.2026 [20:00]
İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub
- 07.08.2026 [19:15]
Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək
- 07.08.2026 [19:06]
Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar
- 07.08.2026 [18:05]