SİYASƏT
Rusiyanın xarici işlər naziri ATƏT-in baş katibi ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək
Moskva, 2 noyabr, AZƏRTAC
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada səfərdə olan ATƏT-in baş katibi Tomas Qreminger ilə noyabrın 3-də keçiriləcək görüşündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə edəcək. Bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirdiyi brifinqdə məlumat verib.
Rusiya xarici siyasət idarəsinin sözçüsü deyib: “Rusiya XİN-in başçısı ilə görüşdə ATƏT-in regional münaqişələrin, o cümlədən Ukraynanın cənubunda, Dnestryanı və Dağlıq Qarabağ bölgələrində münaqişələrin həllinə kömək etməsi, habelə Cənubi Qafqazda sabitliyə dair Cenevrə müzakirələrində həmsədrlik məsələləri müzakirə olunacaq”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.05.2024 [17:09]
Mehmet Yüce: Türk dünyasının çox böyük və önəmli iqtisadi potensialı var
- 20.05.2024 [15:42]
Azərbaycan və Türkiyənin ombudsmanları Lefkoşaya səfər edəcəklər
- 20.05.2024 [15:31]
Cavid Vəliyev: Hazırda Türk Dövlətləri Təşkilatının önəmi artmaqdadır
- 20.05.2024 [15:20]