Sabah Bakıda idman gimnastikası üzrə FIG dünya kuboku yarışlarına start veriləcək
Bakı, 13 mart, AZƏRTAC
Azərbaycan Gimnastika Federasiyası martın 14-17-də kişi və qadın idman gimnastikası üzrə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) dünya kuboku yarışlarına ev sahibliyi edəcək.
AZƏRTAC xəbər verir ki, Milli Gimnastika Arenasında keçiriləcək turnir “Tokio 2020” Yay Olimpiya Oyunlarına getmək istəyən idmançılar üçün mühüm keçid rolunu oynayacaq. Belə ki, Olimpiadaya təsnifat xarakterli bu yarışda iştirak etmək üçün 42 ölkə artıq qeydiyyatdan keçib. Medallar və lisenziya xalları uğrunda isə 121 kişi və 49 qadın idman gimnastının mübarizə aparacağı gözlənilir. Turnirə çox sayda Olimpiya mükafatçısı, dünya və Avropa çempionatının medalçısı qatılacaq.
Dörd günlük yarışların ilk iki günü təsnifat, sonrakı iki günü isə final mərhələləri baş tutacaq.
Dünya kuboku yarışlarında ölkəmizi Murad Ağarzayev, İvan Tixonov, Nikita Simonov və Marina Nekrasova təmsil edəcəklər.
Turnirdə, həmçinin ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku da təqdim olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.06.2026 [10:38]
Ronaldu və Bellinqem dünya çempionatının tarixinə düşüblər
- 24.06.2026 [02:24]
Dünya çempionatı: İngiltərə-Qana oyununda hesab açılmayıb
- 23.06.2026 [23:03]
Ronaldu dubl edib, Portuqaliya qələbəyə sevinib
- 23.06.2026 [17:47]
Vüqar Əsgərli: “İmişli”nin layihəsi mənim üçün maraqlı çağırış idi
- 23.06.2026 [17:30]
Portuqaliyalı futbolçu “Zirə”də
- 23.06.2026 [16:55]
“Zirə” yeni futbolçu transfer edib
ABŞ-nin neft ehtiyatları azalıb
- [11:28]
BMT Körfəzdə qalan 11 mindən çox dənizçinin təxliyəsinə başlayacaq
- 23.06.2026 [23:52]
Faiq Əhməd: İncəsənətin əsasında hər zaman fikir dayanır
- 23.06.2026 [23:39]
Əlilliyi olan uşaqların valideynləri üçün təlimlər təşkil edilib
- 23.06.2026 [23:20]
Ronaldu dubl edib, Portuqaliya qələbəyə sevinib
- 23.06.2026 [23:03]
Azərbaycan Teatr Xadimləri İttifaqında tədbir: “Sənətə həsr olunmuş ömür"
- 23.06.2026 [22:45]
Tramp: İranla bağlı işlər çox yaxşı gedir
- 23.06.2026 [21:58]