“Sabah” klubu Premyer Liqada 50-ci qolunu vurub
Bakı, 1 dekabr, AZƏRTAC
Bakının “Sabah” futbol klubu Premyer Liqada 50-ci qolunu vurub.
AZƏRTAC Peşəkar Futbol Liqasının saytına istinadla xəbər verir ki, yubiley XI turun “Keşlə” ilə oyununa (1:1) təsadüf edib. Görüşün 60-cı dəqiqəsində hesabı açan Kevin Kubemba klub tarixinə yubiley qolunun müəllifi kimi düşüb.
“Sabah” 50-ci qolu Premyer Liqada keçirdiyi 59-cu matçda vurub. Bakı təmsilçisi evdə 27, səfərdə 23 dəfə fərqlənib. Klub 2018-2019-cu il mövsümündə 20, 2019-2020-ci il mövsümündə 19, cari çempionatda 11 dəfə fərqlənib.
Qeyd edək ki, “Sabah”ın ilk qolunu Marko Deviç 2018-ci il avqustun 18-də “Keşlə” ilə matçda (1:0) vurub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [22:00]
Cəlal Hüseynov: San-Marinoya qarşı asan oyun olmayacaq
- 08.06.2026 [21:44]
Ayxan Abbasov: Bizə qələbə lazımdır
- 08.06.2026 [20:40]
“Şamaxı”nın yay hazırlıq planı məlum olub
- 08.06.2026 [18:30]
Serbiyanın idman naziri Azərbaycana gəlib
- 08.06.2026 [18:28]
Veteran futbolçu: Dünya çempionatında Braziliyanı favorit hesab edirəm
- 08.06.2026 [18:06]
“Şəfa”nın yeni mövsüm üçün hazırlıq planı müəyyənləşib
- 08.06.2026 [18:03]