Sabirabad rayonunda xeyriyyə aksiyası keçirilmişdir
Bakı, 3 may (AZƏRTAC). Mayın 2-3-də Azərbaycan Tibb Universitetinin (ATU) rektoru Əhliman Əmiraslanovun Milli Məclisə deputat seçildiyi Sabirabad rayonunda xeyriyyə aksiyası keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, aksiya çərçivəsində rayonun Qasımbəyli kəndində bu kəndin və ətraf yaşayış məntəqələrinin sakinləri Sabirabada ezam olunmuş həkim briqadası tərəfindən pulsuz müayinə olunmuşlar.
Müayinələrdən sonra səhhətində problem aşkar edilən bəzi sakinlər müalicə olunmaq üçün Bakıya göndərilmişlər.
Xeyriyyə aksiyasında ATU-nun mütəxəssisləri - dosent Ələkbər Həsənov (uşaq xəstəlikləri), assistentlər Fikrət Zeynalov (daxili xəstəliklər), Tahir Şərifov (III daxili xəstəliklər), Nuran Əmənullayev (nevrologiya), Ramiz Quliyev (terapevt), Qabil Zülfiyev (oftalmoloq), Venera Hüseynova (ginekoloq), Həqiqət Vəliyeva (baş laborant), Cəlalə Axundova (USM üzrə mütəxəssis) iştirak etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]
ÜST bir çox ölkədə COVID-19-un davamlı olması barədə xəbərdarlıq edib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]