SABİRABAD TAXILÇILARI REKORD MƏHSUL YETİŞDİRMİŞLƏR
Sabirabad fermerləri 30 min 414 hektar sahədə yetişdirdikləri bol taxıl məhsulunu qısa müddətdə və itkisiz toplamağa çalışırlar. 2 min 803 hektar sahədə arpa biçini artıq başa çatmış, hər hektardan 38 sentner məhsul yığılmışdır. Bu göstərici bir il əvvəlkindən 4 sentner çoxdur. İndiyədək 15 min hektar buğda sahəsinin məhsulu da biçilmişdir. Hər hektarın orta məhsuldarlığı 40 sentnerə yaxın olmuşdur. Hazırda zəmilərdə 70-dən çox kombayn işləyir. Yüksək məhsul uğrunda mübarizədə irəlidə gedən Əhmədabad, Qaratəpə, Cavad və Moranlı kəndlərinin sahibkarları biçini qurtarmaq üzrədirlər. Rayonda biçini iyulun 25-dək başa çatdırmaq nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]