SİYASƏT
Sadır Japarov: Qırğızıstan və Azərbaycan arasında diplomatik münasibətlərin otuzillik tarixi strateji tərəfdaşlıq əlaqələrinin qurulması ilə əlamətdardır
![Sadır Japarov: Qırğızıstan və Azərbaycan arasında diplomatik münasibətlərin otuzillik tarixi strateji tərəfdaşlıq əlaqələrinin qurulması ilə əlamətdardır](/files/2023/2/1200x630/16850285475758441050_1200x630.jpg)
Bakı, 25 may, AZƏRTAC
Prezident İlham Əliyevin müdrik rəhbərliyi sayəsində son illər Azərbaycan sosial-iqtisadi islahatlarda, eləcə də beynəlxalq aləmdə əhəmiyyətli uğurlar əldə edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubunda bildirib.
Qırğızıstan Prezidenti məmnunluqla qeyd edib ki, dostluğun və mədəni-dil oxşarlığının dərin tarixi kökləri Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında dövlətlərarası münasibətlərin indiki xarakterini qabaqcadan müəyyənləşdirib.
“Ölkələrimiz arasında diplomatik münasibətlərin otuzillik tarixi strateji tərəfdaşlıq əlaqələrinin qurulması ilə əlamətdardır. Bu münasibətlər bizim birgə səylərimiz sayəsində xalqlarımızın rifahı naminə daim inkişaf edəcək və möhkəmlənəcəkdir” - deyə Sadır Japarov vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.07.2024 [17:55]
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib VİDEO
- 02.07.2024 [17:39]
Azərbaycan səfiri etimadnaməsini Konqo Prezidentinə təqdim edib
- 02.07.2024 [16:56]
MSK sədri: Naxçıvanda seçki məntəqələrində bir sıra problemlər var VİDEO
- 02.07.2024 [16:00]