Azərbaycan Dövlət İnformasiya Agentliyi

Saltuk Düzyol: TANAP Avropa İttifaqı üçün strateji əhəmiyyətə malik layihədir

Saltuk Düzyol: TANAP Avropa İttifaqı üçün strateji əhəmiyyətə malik layihədir

Bakı, 3 mart, Nihad Budaqov, AZƏRTAC

Trans-Anadolu qaz boru kəməri (TANAP) üçün indiyədək 950 kilometr uzunluğunda boru istehsal olunub, 733 kilometr boru sahələrə təhvil verilib və boruların 323 kilometri qaynaq edilib. Qarşıdakı həftələrdə boru kəmərinin Mərmərə dənizindən keçəcək 36 düyümlük 19 kilometr uzunluğundakı hissəsinin inşasını həyata keçirəcək şirkət də məlum olacaq. Avropa İnvestisiya Bankının TANAP üçün 1 milyard avro vəsait ayıracağını açıqlaması istər Avropa İttifaqının (Aİ), istərsə də bankın layihəyə verdikləri önəmi və etibarı nümayiş etdirir. Gələcəkdə İran qazı da TANAP-la daşına bilər. TANAP Aİ üçün strateji əhəmiyyətə malik layihədir.

Bu barədə ötən günlərdə Bakıda keçirilən “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısında iştirak etmiş TANAP-ın baş direktoru Saltuk Düzyol AZƏRTAC-a eksklüziv müsahibəsində məlumat verib. AZƏRTAC müsahibəni təqdim edir.

-TANAP layihəsindəki son vəziyyət necədir? Kəmərin inşası üzrə işlərin neçə faizi tamamlanıb? İndiyədək neçə kilometr boru sahələrə çatdırılıb və qaynaq edilib?

-Bu il fevralın 8-dən etibarən TANAP-ın planlaşma mühəndisliyi üzrə işlər tamamlanıb. Boru kəməri ilə yanaşı, inşası nəzərdə tutulan kompressor və ölçmə stansiyalarının planlaşma mühəndisliyinin isə 70 faizi hazır vəziyyətdədir. Bu vaxtadək 950 kilometr uzunluğunda boru istehsalı edilib və 733 kilometr boru isə tikintini həyata keçirən podratçıların boru saxlama sahələrinə təhvil verilib. Fevralın sonunadək təxminən 611 kilometr uzunluğunda boru kəməri üzrə xəndək qazılıb, 453 kilometr boru xətt boyunca düzülüb və 323 kilometr uzunluğunda borular qaynaq edilib. TANAP qaz boru kəmərinin Türkiyə-Gürcüstan sərhədindən başlayaraq “Botaş” şirkətinə təbii qazın təslim ediləcəyi Əskişəhərə qədər olan 1334 kilometrlik hissəsinin sənədləşmə işləri tamamlanaraq tikintini həyata keçirən şirkətlərə təhvil verilib.

-Bu il TANAP-la əlaqədar istər quruda, istərsə də dənizdə tikinti işləri ilə bağlı hansı tenderlər keçirilib?

-Yanvarda TANAP-ın Əskişəhər (Türkiyə) ilə Türkiyə-Yunanıstan sərhədi arasındakı hissəsini təşkil edən 48 düyümlük 459 kilometr uzunluğundakı 4-cü lotun tikintisinə dair müqavilə imzalanıb. Fevralda isə boru kəməri boyunca tikiləcək iki kompressor stansiyasının və 4 ölçmə stansiyasının mühəndislik, təchizat və tikintisi üzrə tenderin qalibi məlum olub. Layihədə son olaraq isə TANAP-ın Mərmərə dənizindən keçəcək 36 düyümlük 19 kilometr uzunluğundakı hissəsinin inşası ilə bağlı tender qarşıdakı həftələrdə yekunlaşacaq, tikintini həyata keçirəcək şirkət məlum olacaq və müqavilə imzalanacaq.

-Avropa İnvestisiya Bankı (EIB) “Botaş” şirkəti vasitəsilə TANAP layihəsi üçün 1 milyard avro vəsait ayıracağını açıqlayıb. Siz bu maliyyə dəstəyini necə qiymətləndirirsiniz?

-TANAP-ın maliyyələşdirilməsi ilə bağlı layihə üzrə şəriklərimizin beynəlxalq maliyyə təşkilatları ilə apardıqları ikitərəfli müzakirələr çərçivəsində hələ də layihə üçün qiymətləndirmə prosesi davam etməkdədir. Neftin qiymətlərinin sürətlə ucuzlaşdığı və neft-qaz sektorunda yeni investisiyalar baxımından bir çox mənfi vəziyyətin yarandığı bir dövrdə Avropa İnvestisiya Bankının bu şərhi istər Aİ-nin, istərsə də bankın TANAP layihəsinə verdikləri önəmi və etibarı nümayiş etdirir. Aİ-nin enerji təhlükəsizliyinin təmin edilməsi və şaxələndirilməsi baxımından strateji əhəmiyyətə malik olan “Cənub Qaz Dəhlizi”nin ən mühüm halqalarından birini təşkil edən TANAP layihəsi, heç şübhəsiz beynəlxalq maliyyə təşkilatları tərəfindən də fərqli bir baxış bucağı üzrə qiymətləndirilir.

-Dünya Bankı TANAP-a maliyyə dəstəyi göstərməyi nəzərdə tutub. Həmçinin, Avropa Komissiyası da “TANAP Doğalgaz İletim Anonim Şirketi”nə 2 milyon 219 min avro maliyyə dəstəyi göstərəcəyini bildirib. Bununla bağlı fikirlərinizi bilmək maraqlı olardı.

-Avropa Komissiyası TANAP-ın müraciət etdiyi bəzi alt layihələrə qrant yardımı məqsədilə maliyyə dəstəyi göstərir. Bu maliyyə dəstəyi hazırda icra edilən layihələrlə yanaşı, qiymətləndirmə prosesi davam edən layihələri də əhatə edir. Dünya Bankı ilə danışıqlar Avropa İnvestisiya Bankında olduğu kimi qiymətləndirmə prosesi üzrə davam etməkdədir. Bu mövzu ilə bağlı əldə olunan məxfilik razılaşmalarına görə, hazırkı proses barədə daha ətraflı məlumat verilmir.

-TANAP-ın nəzərdə tutulduğundan, yəni 2018-ci ildən daha öncə istismara verilməsi mümkündür?

-TANAP layihəsi çərçivəsində ilk təbii qazın “Botaş”a 2018-ci il iyunun sonunda, “Trans-Adriatik” (TAP) boru kəmərinə isə 2020-ci ilin əvvəlində çatdırılması planlaşdırılır və layihə bu qrafikə uyğun irəliləyir. Layihənin daha erkən bir tarixdə tamamlanması üçün işlər sürətləndirilib. Lakin Türkiyəyə nəzərdə tutulan vaxtdan öncə təbii qazın çatdırılması üçün təkcə TANAP-ın tez tikilməsi yox, TANAP-la yanaşı Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) və “Şahdəniz Mərhələ 2” layihələri üzrə işlərin də daha erkən yekunlaşması lazımdır.

-Gələcəkdə İran qazının da TANAP-la Avropaya nəqli ilə bağlı nə deyə bilərsiniz?

-Qaz nəqli sisteminin yaradılması - upstream və midstream sərmayələrinin birgə planlaşdırılmasını, böyük investisiyaların reallaşdırılması üçün lazımlı texnologiyaya və sərmayə təcrübəsinə malik şirkətlərin bir araya gəlməsini, investisiyalar üçün alıcı və satıcı ölkələr (şirkətlər) arasında uzun illər qaz alğı-satqı, istehsal və nəqli müqavilələrinin tərəflər arasında imzalanmasını, nəticədə isə istehsalçı (satıcı) ölkələr və şirkətlər ilə nəql edən şirkətlər arasında imzalanan bu müqavilələrin qüvvəyə minməsi üçün hökumətlərarası razılaşmaların və müqavilələrin imzalanmasını tələb edir. İran qazı TANAP üçün hələ də “sanksiyalı qaz” yəni beynəlxalq sanksiyalara məruz qalan təbii qaz statusundadır və TANAP-la Türkiyəyə, eləcə də Avropaya nəql edilməsi üçün əvvəlcə beynəlxalq səviyyədə bu statusdan çıxarılması lazımdır. TANAP hazırda qanunla da müəyyən edilən tək giriş nöqtəsi olan (Türkiyə-Gürcüstan sərhədi) bir tranzit boru kəməri layihəsidir. Türkiyə Respublikası ilə mövcud Ev Sahibi Hökumət Müqaviləsində ediləcək hər hansı dəyişikliklə bir neçə giriş nöqtəsinin yaradılmasına icazə verilməsi, sonradan isə əlaqədar tərəflər arasında qeyd edilən məsələlərlə bağlı lazımi addımların atılması nəticəsində İran qazı üçün də bir nəql infrastrukturu yarada bilər.

-TANAP-ın Avropa üçün əhəmiyyəti nədən ibarətdir?

-TANAP Avropa İttifaqı, xüsusilə də Cənubi-Şərqi Avropa ölkələrinin təbii qaz idxalında yeganə mənbə və ölkədən olan asılılığını azaldacaq, bu ölkələrdə təbii qaz təchizatının mənbə və marşrut üzrə müxtəlifliyinin, eləcə də enerji təhlükəsizliyinin təmin edilməsinə kömək olacaq. TANAP həmçinin Avropa ölkələri arasındakı mövcud təbii qaz nəqli infrastrukturunun gücləndirilməsi istiqamətində investisiyaların artmasına və təbii qaz bazarında rəqabətə, bu səbəbdən də Avropada son istehlakçıların “mavi yanacağ”ı daha ucuz qiymətə almalarını təmin edən layihədir. Məhz buna görə də, TANAP Avropa İttifaqı üçün strateji əhəmiyyətə malikdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Orta Dəhlizdə Azərbaycanın roluna dair müzakirələr aparılıb

Birjalarda neft bahalaşıb

Azərbaycan nefti 118,22 dollara satılır

® “Azəriqaz” abonentləri müqavilələri “SİMA” ilə rəqəmsal imzalayacaq

Konstitusiya Məhkəməsi Plenumunun iclasında rayon məhkəməsinin müraciəti əsasında qərar qəbul edilib

Ölkə ərazisində hava şəraiti yağıntılı keçib

® “Bolt” cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşıdır

Nazir: Yerli şirkətlərin müdafiə təchizatındakı payının artacağını gözləyirik

Ekspert: Azərbaycan regional bağlantı və investisiya mərkəzi kimi mövqeyini gücləndirir

Azərbaycan Universiteti Pakistanın Northern Universiteti ilə əməkdaşlığa başlayır

Nazir: Gələcəyin müdafiə sənayesi zavodlarla yanaşı, universitetlərdə və tədqiqat mərkəzlərində qurulur

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Prezident: Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

Vüqar Mustafayev: Təhlükəsizlik bilik, mühəndislik qabiliyyəti və istehsal gücü üzərində formalaşır

“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və “Securex Caspian 2026” 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin iştirakçılarına

“Neftçi” basketbol klubu Avropa Kubokunda cavab oyununa çıxır

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Hikmət Babaoğlu: Xaqani Şirvaninin 900 illiyi böyük şairin irsini yenidən kəşf etmək imkanıdır

Seçmə mərhələ: Azərbaycanın U-21 millisi Şotlandiya səfərində

Bakıda “Birliyin Gücü – 2026” birgə hərbi təliminin müşahidəçiləri ilə görüş olub

Bakıda “ADEX-2026” və “Securex Caspian” sərgiləri işə başlayıb

Lənkəranın 6 kəndində qaz təchizatı müvəqqəti dayandırılacaq

BDU dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısında mövqeyini yaxşılaşdırıb

Nəsimi rayonunun bəzi küçələrində qaz təchizatında fasilə yaranacaq

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Xocalıya qayıdan sakin: Müharibə olmasın, insanlar sağlıq və əmin-amanlıq içində yaşasınlar VİDEO

Xocalıya qayıdan sakin: Müharibə olmasın, insanlar sağlıq və əmin-amanlıq içində yaşasınlar VİDEO

Azərbaycan universitetlərinin THE reytinqində təmsilçiliyi genişlənib

ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb

Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb

Krit adasında 8,5 milyon illik kərgədan kəlləsi aşkarlanıb

“Bloomberg”: OPEC+ ölkələri noyabrda neft hasilatı planlarını dəyişməyə bilər

FAO: Dünyada deqradasiyaya uğramış meşələrin sahəsi 460 milyon hektardan çoxdur

“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH