SALYANDA MİLLİ QURTULUŞ GÜNÜNƏ HƏSR OLUNMUŞ ELMİ-NƏZƏRİ KONFRANS KEÇİRİLMİŞDİR
Rayon ictimaiyyətinin nümayəndələri əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə əklil qoymuşlar. Mərasim iştirakçıları Heydər Əliyev muzeyində dahi şəxsiyyətin həyat və fəaliyyətini əks etdirən sənədlərlə tanış olmuşlar.
Rayon icra hakimiyyətinin akt zalında “Ümummilli lider Heydər Əliyev müasir Azərbaycanın yaradıcısı və qurucusudur” adlı elmi-nəzəri konfrans keçirilmişdir. Rayon icra hakimiyyətinin başçısı Rasim Bəşirovun məruzəsi dinlənilmiş, YAP rayon təşkilatının sədri Rəşad Cəbrayılov, rayon prokuroru Elxan Pənahov və başqaları çıxış etmişlər.
Natiqlər ulu öndərin Azərbaycan xalqının taleyüklü bütün məsələlərinin həllində tarixi missiya yerinə yetirdiyini vurğulamaqla dahi şəxsiyyətin bütün həyatının Azərbaycanın istiqbalı ilə sıx bağlı olduğunu bildirmişlər.
Həmin gün respublika incəsənət ustaları şəhər ictimaiyyəti qarşısında geniş bayram konserti vermişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:51]
Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb
- 10.06.2026 [17:40]
Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir
- 10.06.2026 [17:16]
Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb
- 10.06.2026 [16:18]