Salyanda ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü qeyd edilib
Salyan, 10 may, Mahir Babayev, AZƏRTAC
Mayın 10-da Salyanda xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla Ümummilli Liderin anadan olmasının 98-ci ildönümü qeyd edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon icra hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların əməkdaşları, ziyalılar Salyan şəhərindəki Heydər Əliyev adını daşıyan parka gələrək ümummilli liderin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzərək xatirəsinə ehtiramlarını bildiriblər.
Tədbir rayonda ağacəkmə aksiyası ilə davam etdirilib. Ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş ulu öndər Heydər Əliyevin yaşıllaşdırma ənənələri irsini davam etdirmək məqsədilə keçirilən aksiya rayonun Kürətrafı ərazilərini, Ələt-Astara magistral avtomobil yolunun kənarlarını, qəsəbə və kəndləri əhatə edib.