SİYASƏT
Salyanda Yeni Azərbaycan Partiyasının 21-ci il dönümünə həsr olunmuş tədbir keçirilmişdir
Salyan, 20 noyabr (AZƏRTAC). Noyabrın 20-də Salyanda Yeni Azərbaycan Partiyasının (YAP) 21 illiyi ilə bağlı tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə partiyanın yaradıcısı, ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmişlər.
Yığıncaqda məruzə ilə çıxış edən YAP Salyan rayon təşkilatının sədri Rəşad Cəbrayılov partiyanın keçdiyi tarixi yol və görülən işlər barədə məlumat vermişdir. Partiyanın V qurultayında hədəf seçilən bütün məsələlərin ardıcıllıqla həllini tapdığını söyləyən partiya sədri prezident seçkilərində dövlət başçısının inamlı qələbəsini partiyanın böyük uğuru kimi səciyyələndirmişdir. Qeyd olunmuşdur ki, hazırda 92 ilk ərazi təşkilatında 6740 üzv birləşir ki, onlardan da 2787 nəfərini qadın, 2810 nəfərini isə gənclər təşkil edir.
Toplantıda hakim partiyanın rayon təşkilatının üzvlərinin ölkəmizin sosial-iqtisadi inkişafı ilə bağlı qarşıya qoyulan vəzifələrin həlli üçün layiqincə çalışdığını qeyd edən natiqlər partiyanın nüfuzu və cəmiyyətdə aparıcı rolundan ətraflı söhbət açmış, qarşıda duran vəzifələri diqqətə çatdırmışlar.
Sonda partiya fəallarının bir qrupuna Fəxri fərman və qiymətli hədiyyələr təqdim olunmuşdur.