Şamaxı Astrofizika Rəsədxanasında “Səmanın fəthi” sənədli filminin təqdimatı olub
Bakı, 24 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında ARB “Aranfilm” Yaradıcılıq Mərkəzinin çəkdiyi “Səmanın fəthi” sənədli filminin təqdimatı keçirilib.
Rəsədxanadan AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu elm müəssisəsinin elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov filmdə astronomiya elminin Azərbaycandakı inkişaf tarixindən, kəşf edilmiş göy cismləri və planetlər üzərindəki kraterlərə Beynəlxalq Astronomiya Birliyi tərəfindən Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarının verilməsindən bəhs olunduğunu söyləyib. O, filmin yaradıcı heyətinə uğurlar arzulayıb.
Filmin icraçı prodüseri Nicat Məmmədov çəkilişə göstərdiyi köməyə görə rəsədxana əməkdaşlarına, xüsusilə də rəsədxananın direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilova təşəkkürünü bildirib.
Sonda “Səmanın fəthi” sənədli filmi nümayiş olunub.
Qeyd edək ki, elmi-kütləvi mövzuda çəkilən “Səmanın fəthi” sənədli filminin ssenari müəllifi və rejissoru Aydan Əhmədova, operatorları Habil Muğanlı və Əminə Həsənli, montaj edəni Pərviz Səlimov, bədii rəhbəri Tahir Tahiroviç, baş prodüseri İqbal Məmmədəliyevdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [13:54]
DİM I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib
- 07.06.2026 [13:10]
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan keçirilir
- 06.06.2026 [19:47]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 05.06.2026 [18:26]
“Aşıq sənətində milli-mənəvi dəyərlər” toplusu nəşr olunub
- 05.06.2026 [18:11]
BDU-da təkrar ali təhsil almaq istəyənlərin nəzərinə
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]