Samsun sahillərində batan yük gəmisinin ekipaj üzvlərindən ikisi azərbaycanlıdır VİDEO
Bakı, 7 yanvar, AZƏRTAC
Türkiyənin Samsun vilayəti sahillərində batan yük gəmisinin ekipaj üzvlərindən ikisi azərbaycanlıdır.
AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, Türkiyənin sahil-mühafizə xidmətinin bir qayıq və helikopterlə başlatdığı axtarış-xilasetmə əməliyyatları nəticəsində altı ekipaj üzvü xilas edilib, bir nəfərin isə cəsədi tapılıb. Xilas edilənlərdən dördü xəstəxanaya çatdırılıb.
On üç nəfərlik ekipaj üzvünün doqquzu ukraynalı, ikisi isə rusdur.