Samuxda uşaq bağçalarının həyətlərində 1500-dən çox həmişəyaşıl və meyvə ağacları əkilib
Samux, 8 aprel, Rauf Hacıyev, AZƏRTAC
Azərbaycan Respublikasının 10 milyonuncu vətəndaşının dünyaya gəlməsi münasibətilə Samux rayonunun uşaq bağçalarının həyətlərində ağacəkmə kampaniyası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ümumilikdə, 1500-dən çox həmişəyaşıl və meyvə ağacları əkilib.
Sonra YAP Samux rayon təşkilatının qarşısında bayram tədbiri keçirilib.