“SAS” hibrid və elektriklə işləyən təyyarələr üzərində işlərin aparılması məqsədilə “Airbus”la birləşir
Stokholm, 24 may, AZƏRTAC
Skandinaviyanın aparıcı aviaşirkəti olan “SAS” (Skandinaviya Hava Yolları) ekosistemin tələblərinin, hibrid və elektriklə işləyən təyyarələrin infrastrukturunun öyrənilməsi məqsədilə “Airbus” təyyarəqayırma şirkəti ilə birləşir.
AZƏRTAC aviaşirkətin yaydığı xüsusi məlumata istinadla xəbər verir ki, tərəfdaşlığa birgə tədqiqat layihəsi daxildir. Bu layihə çərçivəsində iki şirkət hibrid və elektriklə işləyən təyyarələrin kommersiya trafiklərinə irimiqyaslı tətbiqi ilə bağlı əməliyyatlarda və infrastrukturda yarana biləcək problemləri tədqiq edəcəklər.
“SAS”ın baş direktoru Rikard Qustavson deyib: “Biz dayanıqlı inkişaf sahəsindəki ambisiyalı işimizlə fəxr edirik. İndi şadıq ki, “Airbus” şirkəti bu layihədə bizimlə əməkdaşlıq üçün “SAS”ı seçib. Əgər bu reallaşarsa, o zaman atmosferə atılan tullantılar məsələsində inqilab olacaq”.
Ayrıca müraciətə uyğun olaraq, iki şirkət arasında əməkdaşlıq 2019-cu ilin iyununda başlayacaq və 2020-ci ilin sonunadək davam edəcək. Layihədə əsas diqqət yerüstü infrastrukturun və tariflərin aeroportlarda məsafəyə, resurslara, zamana və əlçatanlığa təsirinin təhlilinə yönəldəcək.
“SAS” aviaşirkətinin məlumatında deyilir: “Bərpaolunan enerji tədarükçüsünün cəlb edilməsi üzrə planın da daxil olduğu bu layihə aviasiya sahəsinin dayanıqlı energetikaya keçməsinin daha səmərəli dəstəklənməsi məqsədilə aviasiya əməliyyatlarının bütün ekosistemini əhatə edəcək”.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [11:07]
Media: Hicaz dəmir yolu Hörmüz boğazına alternativ olacaq
- 11.06.2026 [11:01]
BMT: Son on ildə ilk dəfə məcburi köçkünlüyün miqyası azalıb
- 11.06.2026 [11:00]
Krasnodar hava limanında 34 reys təxirə salınıb
- 11.06.2026 [10:56]
SEPAH Yaxın Şərqdəki bəzi hədəflərə zərbə endirdiyini açıqlayıb
- 11.06.2026 [10:53]
SEPAH Hörmüz boğazından keçən iki gəmini vurub
- 11.06.2026 [10:36]
Uqandada Ebola təhlükəsi azalır: yeni yoluxma qeydə alınmayıb
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [23:23]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [21:36]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:32]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [21:21]
Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB
- 10.06.2026 [20:28]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [20:21]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [20:07]
Bu saata olan əsas xəbərlər
- 10.06.2026 [20:00]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [19:52]
İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır
- 10.06.2026 [19:29]