Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hekayə müsabiqəsi elan edib
Bakı, 2 sentyabr, AZƏRTAC
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yaradılmasının 8-ci ildönümü münasibətilə vətənpərvərlik mövzusunda hekayə müsabiqəsi elan edilib.
Xidmətdən AZƏRTAC-a bildiriblər ki, müsabiqəyə təqdim olunan hekayələrin mövzusu hərbi vətənpərvərlik ideyasının təbliği, gənclər arasında hərbi xidmətə çağırış ruhunun yüksəldilməsi və cəmiyyətdə səfərbərlik hazırlığının aşılanması istiqamətində olmalıdır. Hər bir iştirakçı müsabiqəyə 1 hekayə təqdim edə bilər. Hekayənin həcmi 10000 (on min) işarəyədək (probellə) olmalıdır. Müsabiqəyə təqdim olunmuş hekayə yeni əsər olmalı, əvvəllər heç bir yerdə çap edilməməlidir. Müsabiqəyə təqdim olunan hekayələr təbliğat, maarifləndirmə məqsədi ilə xidmətin nəşrlərində istifadə edilə bilər.
Müsabiqə üçün hekayələr 2019-cu il sentyabrın 2-dən 2019-cu ilin dekabrın 15-dək elektron formada [email protected] ünvanına göndərilməlidir. Müəllifin özü haqqında məlumatları (adı, soyadı, atasının adı, yaşadığı ünvan, iş yeri) və əlaqə nömrələrini göstərməsi zəruridir. Müsabiqədə 29 yaşadək gənclər iştirak edə bilər.
Əlavə məlumat üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri, Z.Əliyeva küçəsi 30-da yerləşən inzibati binasına müraciət edilməlidir. Əlaqə telefonu: 493-06-52.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]
Bakıda 5 heyvan kəsimi və ət satışı məntəqəsi ilə əlaqədar tədbir görülüb
Bu saata olan əsas xəbərlər
- [20:00]
İstanbulun fəthindən 573 il ötür
- [14:46]
Milli musiqi gecəsi - “Balabanın sehrində”
- 28.05.2026 [23:05]
İran müharibəsi səbəbindən ABŞ-də inflyasiyanın səviyyəsi artır
- 28.05.2026 [22:22]
Peru Respublikasının Prezidenti Xose Mariya Balkasar Seladadan
- 28.05.2026 [21:56]
Dubayın “Bürc-Xəlifə” qülləsi Azərbaycan bayrağının rənglərinə bürünüb
- 28.05.2026 [21:19]
Budapeştdə 28 May- Müstəqillik Günü münasibətilə rəsmi ziyafət təşkil olunub
- 28.05.2026 [21:08]
“Elə bildim öz doğma balam gəlib...” – Böyük Qaladərəsi kəndindən reportaj
- 28.05.2026 [20:55]
"Qəbələ" Premyer Liqada qalıb
- 28.05.2026 [20:50]
Moldovada yaşayan soydaşlarımıza Qurban bayramı sovqatı paylanılıb
- 28.05.2026 [20:35]